Məktəbdə 8 Mart üçün pul yığılır

16:00 02-03-2023 | icon 356 | Təhsil
Məktəbdə 8 Mart üçün pul yığılır

Bu dəfə həm də kişi müəllimlərə hədiyyə alınacaq

 

Azərbaycanda orta ümumtəhsil müəssisələrindən birində valideynlərdən pul yığıldığı iddia edilir.

 

Versus.Az xəbər verir ki, bununla bağlı səs yazısı sosial şəbəkələrdə paylaşılıb. Belə ki, səs yazısında valideynlərdən qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz bayramı münasibətilə müəllimlər üçün 50 manatdan pul yığıldığı deyilir.

 

Valideynlərə göndərilən səs yazısında deyilir:

 

“8 Marta görə müəllimlərlə danışmışam. Həm kişilər üçün, həm qadınlar üçün yığılacaq. Kişilərin hədiyyəsi Novruz bayramında veriləcək, qadınlarınkı isə 8 Martda. Müəllimlərin sayını bilmirəm hələ. Hərəsinə 50 manatdan verəcəyik. Mən hesablayım, görüm, adama nə qədər düşür, deyəcəyəm, gətirin verin”.

 

Həmin səs yazısını təqdim edirik:

 

 

Məsələ ilə bağlı aidiyyəti üzrə Elm və Təhsil Nazirliyinə və Bakı Şəhər Təhsil İdarəsinə sorğu ünvanlamışıq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ermənistan Azərbaycanın şərtlərini qəbul etməzsə...

Sözün əsl mənasında QARIN AĞRISI

37 dərəcə qızdırmanı heçə sayanların diqqətinə

“Rusiya sülhməramlısı özünü Sovetlər Birliyinin 366-cı alayı kimi aparır”

Porsuqlara görə qatarların hərəkəti dayandırılıb

Separatçılar Prezident Administrasiyasının budəfəki dəvətini qəbul edəcək?

Bu dəyişiklik Avropanı həmişəlik dəyişəcək

Qədim Roma dövründən qalan layihə reallaşdırılır

Ehtiyatlı olun

Ekologiyaya xeyir verən plastik paltarlar

“Faktlar sülhməramlıların sülhə xidmət etmək üçün gəlmədiyini göstərir”

Vüqar Əliyevin əmək müqaviləsinə xitam verildi

Saray-Novxanı yolunda ağır qəza

İki bankın ləğv prosesinin yekunlaşması gözlənilir

Nigar Camal haqqında bunu bilirdiniz?