“Aclıq Oyunları”nın çəkilişləri zamanı cinsi təcavüzə məruz qalıb

09:51 03-03-2023 | icon 315 | Film
“Aclıq Oyunları”nın çəkilişləri zamanı cinsi təcavüzə məruz qalıb

Amerikalı aktrisa, musiqiçi və fotoqraf Cena Meloun dünyaca məşhur “Aclıq Oyunları”nın  (“The Hunger Games: Mockingjay”) çəkilişləri zamanı cinsi təcavüzə məruz qaldığını etiraf edib.

 

Bu barədə o, özünün “Instagram” hesabından yazıb.

 

38 yaşlı aktrisanın sözlərinə görə, qorxunc hadisə Coanna Meyson rolunu oynadığı filmin ikinci hissəsinin çəkilişləri başa çatdıqdan sonra baş verib.

 

Meloun paylaşımına şəkil əlavə edib və bildirib ki, fotoçəkilişlər başa çatdıqdan və layihə üzrə həmkarları ilə vidalaşdıqdan sonra Fransada çəkilib. O, həmin ərazidən keçərkən sürücüdən avtomobili saxlamağı və xatirə üçün onun şəklini çəkməsini istəyib.

 

“Baxmayaraq ki, bu dəfə Parisdə mənim üçün çox çətin idi; ağır ayrılıqdan keçirdim və birlikdə işlədiyim şəxs tərəfindən təcavüzə məruz qaldım”.

 

 

Ancaq aktrisa ona təcavüz edənin adını açıqlamayıb. O, hələ də inkişaf edən “ləğv mədəniyyəti” səbəbindən təcavüzçünün adını çəkməyəcəyini və ümumiyyətlə bunun onun tamamilə sağalmasına necə kömək edə biləcəyini başa düşmədiyini deyib.

 

Cenanın dediyinə görə, o vaxtdan hisslərini qaydaya salmaq üçün ciddi səy göstərib – ancaq proses yavaş və ləng gedib, özünə hələ indilərdə gəlməyə başlayıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

Ordu ilə bağlı zarafat etdi

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

FIFA yeni formatı təsdiqlədi

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

Naxçıvanda YANĞIN

İki azərbaycanlı şagird bu İnstituta birbaşa qəbul aldı