Eyvallah, Pənah bəy, eyvallah

23:19 04-02-2019 | icon 139 | Siyasət
Eyvallah, Pənah bəy, eyvallah

 

Cavablandırmadığınız suallara və demokratiyanıza eyvallah!

 

 

Azərbaycan Xalq Partiyasının sədri PƏNAH HÜSEYNin “QƏZAN  MÜBARƏK!” layihəsi çərçivəsində versus.az saytına verdiyi müsahibədə onun emosionallığı, “..Cəbhə hakimiyyətinin cılız potensialı” ifadəsilə razılaşmayaraq cavabını ala bilmədiyimiz suallar bunlar idi. Və bu suallar hələ də öz cavabını gözləyir.

 

Pənah Hüseyn Sözün Cəng Meydanında duruş gətirmədi və bu da o zamankı Cəbhə hakimiyətinin baş nazirinin indiki potensialının görüntüsü idi. Pənah bəy “folklor janrı”nda olan suallara aydınlıq gətirmək üçün təhəmmülü olmadığını apaydın şəkildə büruzə verdi. Hətta buna münasibətdə dəyərli ƏVƏZ ZEYNALLInın rəhmətlik Heydər Əliyev dözümündən sitat gətirməsi belə Pənah bəyi reallıqla barışmağa sövq edə bilmədi. Eyvallah, Pənah bəy, eyvallah, demokratiyanın ən ilkin şərti olan cavabdehlik və məsuliyyət hissindən yan keçməyinə eyvallah... Və aşağıda təqdim etdiyim suallara da eyvallah... Cavablandırmadığınız sualların işığında özünüzə baxın, Cəbhə hakimiyyətinin narsisit düşüncəsindən əl çəkin. Azərbaycan İnsanını sevirik deyə barmaqlarınızı qatlamaqla sizə zəhmət olmasın o sualları sıralayaq ki, burdan sizin qərargahacan boy sırasıyla düzülsün...

 

 

  1. Pənah Hüseyni “radikal”, nə bilim “real müxalifət”in “generatoru” adlandırırlar. Kənardan görünən budur ki, elə özünüz də bundan həzz alırmış kimi davranırsınız. Maraqlıdır, siz hansı siyasi labirintdən çıxış yolunu ortaya qoymusunuiz ki, informasiya resurslarınızda şəninizə virtual serenadalar oxunur, oxumayanları da topa tutursunuz?

 

  1. Deyilənə görə “elə bir partiya və elə bir siyasi lider yoxdur ki, bu iqtidardan faydalanmasın” (Sərdar Cəlaloğlunun müsahibəsindən) - elə isə, bir az da bu iqtidardan faydalanmağınızdan danışın e, Pənah bəy...

 

  1. Demokratiyaya keçidin yollarından biri siyasi müxalifətin birləşdirilməsidirsə, nədən yaratdığınız və tez bir zamanda da unudulan saysız-hesabsız birlik və bloklarla digər siyasi qüvvələrin fəaliyyətinə daim kölgə salır, cəmiyyətdə o qüvvələr haqqında mənfi rəylərin formalaşdırılması (filan partiya hakimiyyətə işləyir, filan partiya filan şey edir) istiqamətində öz ideoloji resurslarınızdan istifadə etməklə gizli oxlar atmısınız və indi də atmaqdasınız?

 

  1. Zaman-zaman “seçkilərdən sonra qüvvələri birləşdirəcəyik” (2013) deməklə İsa Qəmbərin həvarisi kimi davranan Pənah Hüseyn bu konuda hansı siyasi düstura güvənib?

 

  1. Camaat seçkidən əvvəl birləşib ortaya güc qoyur, siz nədənsə elə hey “seçkidən sonra”ya ümid kimi baxmısınız. İndiki gerçək durumunuza rəğmən adama deməzlər ki, “nooldu sənə, nooldu böylə?” ki, birləşə bilmirsiniz?

 

  1. “Ölkəiçi siyasi böhran həm də demokratiya üçün şərait yaradır”sa, onda sizlər həm özü-özünüzü inkar edir, həm də siyasi yanlışlığa yol verirsiniz. Bir yandan Azərbaycanda hansısa böhranın olduğunu vurğulayan siz müxalifət qüvvələri başqa bir yandan da Azərbaycanda demokratiyanın olmadığını israr edirsiniz. Bəs nə oldu böhranın demokratik şərait yaratma düsturu? Onda haqqında danışdığınız “böhran” da yanlış, aldadıcı yanaşmadır...

 

  1. Azərbaycanda keçirilən seçkilərdə xarici faktorun təsiri varmı və bunu necə qiymətləndirirsiniz?

 

  1. Seçkini boykot etmək hansısa siyasi qurumun öz cılız potensialını dolayı yolla etiraf etməsinin və gerçək demokratiyadan yan keçməsinin, xalqa olan inamın, xalqın inamının öldürülməsinin, daha zorakı metodlara söykənmənin görüntüsü deyilmi?

 

  1. “Günün sualı nə etməli yox, nə etməməli olmalıdır” deyən Pənah Hüseyndə bu bir qorxu sindromunun görüntüsüdür, yoxsa hansısa qüvvələrə olan gizli sevgiylə təmsil olunduğunuz birliyin mübarizə əzminin olmamasının təcəlla etməsidir?

 

  1. “Milli Strateji Düşüncə Mərkəzi” adlı adı var, özü yox timsallı yeni bir qurumun yaradıcı ideoloqlarından olmusunuz. Bu qurum bətndən ölü doğulmuşdu ki, sonradan da səsi çıxmadı?

 

  1. Nə idi bu Mərkəzin cəmiyyətdəki statusu, rolu, vəzifələri? Qarşıda hansı perspektivlər qoyulmuşdu ki, bütün bunlar pərdəarxası mübarizənin gedişatında İsa bəylə Pənah Hüseyn arasında imam Hüseyn müsibəti səhnələşdirildi bu qurumda?

 

  1. Bu gün bir müsəlman olaraq Pənah Hüseyn Allahın əmrlərini yerinə yetirirmi, yoxsa qərblilərdən özünə büt yaradıb səcdə etmədədir?

 

  1. Necə bilirsiniz, islami əmrləri yerinə yetirməyən siyasilər bununla həm Allaha asi olur, həm də Əlibəy Hüseynzadə, Əhməd Ağaoğlu ideyalarını, Rəsulzadənin milli təsanüd nəzəriyyəsini tapdalayır, bayrağımıza həqarət etmirlərmi?

 

  1. Sizə elə gəlmirmi yuxarıda da toxunduğumuz zaman-zaman yaratdığınız birlik və formatlar elə müxalifətdaxili konsalidə olunası fəaliyyətə sədd çəkən birnömrəli dağıdıcı maşın olub?

 

  1. “Müsavat və AXCP-nin əməkdaşlıq mexanizmi”ni arayanların kölgəsində özünü günə verən sizlər nədən qüvvənizə güc qatmaq əvəzinə hər zaman sizinlə olmayanlara qarşı əks kampaniya apararaq müxalifəti parçalamısınız?

 

  1. Harada ilişib qaldı sizin Demkonqresiniz, İctimai Palatanız, “Bizim Azərbaycan”ınız, Ziyalılar Forumunuz, SİDSUHunuz, “Azadlıq” blokunuz, Milli Şuranız, ümumiyyətlə saymaqla bitməyən, adı belə yaddaşlarda qalmayan oyunlarınız? Hansı kola ilişib qaldı bu zavallılar, nə vaxta qədər bu kol-kosda tap-tapbasca oynanılacaq?

 

  1. Kimlər yararlandı bu birliklərin adından, yetmədimi bunca müddətdə və bunca uydurma adlar altında xalqın adından istifadə etməklə xalqı ələ salmağınız?

 

  1. “İdeoloji platformaları və geosiyasi meyilləri fərqli olan qüvvələrin təşkilat tirli birliklərinin yaradılmasına gedilməməlidir” fikrini günün reallığı sanırsınızasa, onda lütfən, öz alt niyyətinizi də ortaya qoyun ki, lümpen proletariat hər kəsi olduğu kimi görə bilsin, hər kəsi olduğu kimi dərk edə bilsin, daha kimsə komufuljajda qalmasın.

 

  1. Ümumiyyətlə bu gün Azərbaycanın siyasi düzənində kimdi o “geosiyasi meyilləri, ideoloji platformaları fərqli olan qüvvələr”? Və bu fərqlilik hansı kontekstdə özünü daha çox büruzə verir - dövlətçiliyimizə, millətçiliyimizə münasibətdə, yoxsa Pənah Hüseynin generatorluq etdiyi dağıdıcı dəzgahlara?

 

  1. Etdikləriniz və etmədiklərinizə görə heç sümükləriniz sızıldayırmı, Pənah bəy?

 

  1. Qorxmursunuz ki, sizi də gələcəkdə Oliver Kromvellin aqibəti gözləyə - etdiklərinizə görə gələcəyin adamı sümüklərinizi çıxarıb dar ağacından asa?!

 

P.S. Eyvallah, Pənah bəy, eyvallah!!! “Qəzan mübarək!” layihəsinin üzə çıxardığı nəsnələr sırasında cavablandırmaq istəmədiyiniz sualların təqdimatında nəinki dünən, hətta bu gün daşıdığınız funksiyalar belə üzə çıxmaqdadır. Və buna da eyvallah!..

 

İGİD TEYMURLU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İsmayıllının Basqal kəndində uyuyan ŞƏHİD

İki hərəkat arasında ilkin razılıq əldə edilib

“Yerlə yeksan edəcəklər ki, Azərbaycana qalmasın” - MÜSAHİBƏ

AVMVİB-in təsis etdiyi xatirə medalı Şəhidin anasına təqdim edildi

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

AVMVİB və 713-cü batalyonun döyüşçüləri Qurtuluş Günündə

Qənirə Paşayeva Milli Qurtuluş günü ilə bağlı geniş məruzə edib

“Şəhid ailələrindən şəxsi mənafeyi üçün istifadə edənlər var”

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

 

"Vətənə oğul olanlar" - FİLM

Aprel şəhidinin xatirəsinə həsr olunan sənədli film - TƏQDİMAT

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu

Münasibətlərdə istismar olunmaq

Türkmənlərin fikir babasının qızı, milli liderin həyat yoldaşı...