Qənirə Paşayeva Tazabek İkramovla görüşüb

16:05 03-03-2023 | icon 373 | Siyasət
Qənirə Paşayeva Tazabek İkramovla görüşüb

Azərbaycanla Qırğız Respublikası arasında diplomatik münasibətlər qurulmasının 30 illiyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün Bişkekdə səfərdə olan Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva qardaş ölkə parlamentinin Azərbaycanla əlaqələr üzrə deputat qrupunun sədri Tazabek İkramovla görüşüb.

 
Qrup sədri T.İkramov Q.Paşayeva və Azərbaycan nümayəndə heyətini Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər qurulmasının 30 illik yubileyi münasibəti ilə təbrik edib. T.İkramov xüsusi vurğulayıb ki, həqiqi qardaşlıq, dostluq xarakterinə əsaslanan münasibətlərimiz hər keçən gün daha da inikişaf edir.
Q.Paşayeva qonaqpərvərliyə görə, T.İkramovun timsalında qırğız həmkarlarına təşəkkür edib. Qardaş ölkələrimiz arasındakı ortaq dəyərlərdən, o cümlədən mədəniyyət, adət-ənənə birliyindən söz açan Q.Paşayeva, 2022-ci ili Qırğızıstan-Azərbaycan münasibətlərinin inkişafı baxımından xüsusi il kimi xarakterizə edib. O, Qırğz Respublikasının Prezidenti Sadır Japarovun ötən ilin aprelində Azərbaycana, oktyabrda isə Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfərini məmnuniyyətlə xatırlayıb.
 
 
Görüşdə Qırğızıstan tərəfindən Azərbaycanla əlaqələr üzrə deputat qrupunun üzvləri, Azərbaycan tərəfindən - səfir Lətif Qəndilov, MM üzvləri Cavanşir Feyziyev, Əli Məsimli, Müşfiq Məmmədli, “Nəfəs” İB sədri Firəngiz Balakişiyeva, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu iştirak edib.
 
 
Sonda qarşılqlı xatirə hədiyyələri bağışlanıb, xatirə şəkli çəkilib.
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

Ordu ilə bağlı zarafat etdi

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

FIFA yeni formatı təsdiqlədi

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

İki azərbaycanlı şagird bu İnstituta birbaşa qəbul aldı

Naxçıvanda YANĞIN