Aiseldən “ON”luq layihə

16:17 03-03-2023 | icon 373 | Şou-biznes
Aiseldən “ON”luq layihə

Bəstəkar-müğənni Aisel “ON” adlı albomunu təqdim edib.

 

Versus.Az xəbər verir ki, “SS production” şirkəti tərəfindən hazırlanan albomdakı “Dönən deyiləm” mahnısının sözləri Nəriman Abbaszadəyə, “Unuda Bilmədim” mahnısının sözləri Jay Hun-a, digər mahnıların sözləri və bütün bəstələri ifaçının özünə aiddir. Albomdakı mahnıların aranjimanı, miks və masterinqi Emin Kərimə (STKHA) məxsudur.

 

Albom əsasən pop janrında hazırlansa da, mahnılarda elektronik və etkin janrların elementlərindən istifadə olunub. İfaçı bu albomda daha çox ritmik mahnılara yer verib. Albomu bütün rəqəmsal musiqi platformalından yükləyə və dinləyə bilərsiniz.

 

Albomun tanıtım sinqlı olaraq seçilən “Qardan Qara” mahnısının sözləri, musiqi ritmləri və ona çəkilən klipdə bizə tam başqa Aisel göstərilir. 40-dan çox heyət üzvünün iştirak etdiyi və 22 saat ərzində çəkilən klipdə Aisel 6 peşəkar rəqqasə ilə rəqs edir. Elektronik musiqi və muğam sintezi ilə təqdim hazırlanan mahnını və ona çəkilmiş klipi Aiselin rəsmi yutub kanalından izləyə bilərsiniz.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

Ordu ilə bağlı zarafat etdi

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

FIFA yeni formatı təsdiqlədi

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

İki azərbaycanlı şagird bu İnstituta birbaşa qəbul aldı

Naxçıvanda YANĞIN