Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli görüşü keçiriləcək

12:50 06-03-2023 | icon 339 | Siyasət
Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli görüşü keçiriləcək

 

 Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, komitə sədrinin müavini Sevinc Fətəliyeva, üzvləri Nigar Arpadarai və Nəsib Məhəməliyev Azərbaycan-Türkiyə-Gürcüstan Parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşündə iştirak etmək üçün martın 5-dən 7-dək Gürcüstanın Tbilisi şəhərində səfərdə olacaqlar. 

 

Versus.az xəbər verir ki, bu barədə yerli mediaya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Məlumatda qeyd olunub ki, məlum görüşdə regional əməkdaşlıq, parlamentlərarası münasibətlərin inkişafı və digər mövzularda fikir mübadiləsi aparılacaq.

 

Səfər çərçivəsində deputatların Gürcüstan parlamentində və Xarici İşlər Nazirliyində də bir sıra görüşləri nəzərdə tutulur.

 

Ləman

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ermənistan Azərbaycanın şərtlərini qəbul etməzsə...

Sözün əsl mənasında QARIN AĞRISI

37 dərəcə qızdırmanı heçə sayanların diqqətinə

“Rusiya sülhməramlısı özünü Sovetlər Birliyinin 366-cı alayı kimi aparır”

Porsuqlara görə qatarların hərəkəti dayandırılıb

Separatçılar Prezident Administrasiyasının budəfəki dəvətini qəbul edəcək?

Bu dəyişiklik Avropanı həmişəlik dəyişəcək

Qədim Roma dövründən qalan layihə reallaşdırılır

Ehtiyatlı olun

Ekologiyaya xeyir verən plastik paltarlar

“Faktlar sülhməramlıların sülhə xidmət etmək üçün gəlmədiyini göstərir”

Vüqar Əliyevin əmək müqaviləsinə xitam verildi

Saray-Novxanı yolunda ağır qəza

İki bankın ləğv prosesinin yekunlaşması gözlənilir

Nigar Camal haqqında bunu bilirdiniz?