“Google”dan tərcümə ilə bağlı möhtəşəm YENİLİK

10:40 10-03-2023 | icon 221 | Maraqlı
“Google”dan tərcümə ilə bağlı möhtəşəm YENİLİK

“Google Translate”in masaüstü veb-səhifəsinə şəkillərin tərcüməsi funksiyası əlavə edilib.

 

Daha əvvəl mobil versiyada mövcud olan şəkillərin tərcüməsi funksiyası, nəhayət, masaüstü kompüterlərdə də tətbiq edilib.

 

Əslində “Google Lens” uzun müddətdir fotoları tərcümə edir. Lakin bu funksiya yalnız hansısa sayta yüklənmiş fotoşəkillər üçün mövcud idi, kompüterdə olan fotonun tərcüməsi mümkün deyildi.

 

“Translate.google.com” bu problemi həll edib və yüklənən fotolardakı mətnlərin tərcüməsini mümkün edib.

 

“Google Translate” səhifəsini açdığınız zaman yuxarıdakı “Text”in yanında “İmage” seçimini görəcəksiniz. “İmage”ə keçdiyiniz zaman sizdən kompüterinizdən bir şəkil yükləməyiniz istəniləcək. "Tut-burax" seçimi olmadığı üçün şəkli kompüterinizdən bu formada yükləyə bilərsiniz.

 

Şəkli yüklədiyiniz zaman mətni tərcümə etmək istədiyiniz dili seçin. “Google” avtomatik olaraq şəkildəki mətni aşkar edib tərcümə edəcək. Əgər yuxarı sol tərəfdəki “Orijinalı göstər”i seçsəniz, fotonun həm orijinalını, həm də tərcümə edilmiş versiyasını eyni zamanda görə bilərsiniz.

 

“Google” burada sizə iki seçim təklif edir. Siz mətni kopiyalaya və ya tərcümə edilmiş şəkli yükləyə bilərsiniz. Bununla belə internet üzərindən etdiyiniz bu tərcümədə mətnin səsli versiyasını dinləmək mümkün deyil. 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

Ordu ilə bağlı zarafat etdi

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

FIFA yeni formatı təsdiqlədi

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

Naxçıvanda YANĞIN

İki azərbaycanlı şagird bu İnstituta birbaşa qəbul aldı