“Roma” öz meydanında uduzdu

09:49 13-03-2023 | icon 141 | İdman
“Roma” öz meydanında uduzdu

İtaliya A Seriyasında XXVI turun oyunları keçirilir.

 

“Roma” öz meydanında “Sassuolo”ya uduzub. 7 qolun vurulduğu matç paytaxt təmsilçisinin 3:4 hesablı qələbəsi məğlubiyyəti ilə başa çatıb. Qonaq komandanın heyətində Laurentienin dublu, Berardi və Pinamontinin qollarına “canavarlar”dan Zalevski, Dibala və Veynaldum cavab verə bilib.

 

Məğlubiyyət “Roma”nın 47 xalla 5-ci pillədə qalması ilə nəticələnib. “Sassuolo” isə 33 xalla 13-cüdür.

 

 

“Yuventus” öz meydanında “Sampdoriya” ilə qarşılaşıb. Turin klubu ev oyununda qələbə əldə edib - 4:2. Oyuna sürətli başlayan “qoca sinyora” 11-ci dəqiqədə Gleyson Bremer, 26-cı dəqiqədə Adrien Rabyonun qolları ilə 2 topluq üstünlük əldə etsə də, 31 və 32-ci dəqiqədə buraxılan qollarla bunu əldən verib. Ancaq 64-cü dəqiqədə yenidən Rabyo səhnəyə çıxıb və komandasını hesabda önə keçirib. Oyunda son nöqtəni isə 90+4-cü dəqiqədə Matias Zule qoyub.

 

Xalını 38-ə çatdıran “Yuventus” iki pillə irəliləyərək 7-ci sıraya yüksəlib. Maliyyə maxinasiyalarına görə turinlilərin aktivindən 15 xal silinib. “Sampdoriya” isə 12 xalla sonuncu - 20-cidir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

Ordu ilə bağlı zarafat etdi

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

FIFA yeni formatı təsdiqlədi

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

Naxçıvanda YANĞIN

İki azərbaycanlı şagird bu İnstituta birbaşa qəbul aldı