"Hamı reytinq istəyir, amma bir manat ayrılmır"


Elmin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsində çox ciddi nöqsanlar var. Universitet elm deməkdir.
Versus.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı Milli Məclisdə keçirilən ictimai dinləmədə deyib.
“Universitet 2011-ci ildən bir manat maliyyə almayıb. Hamı reytinq, elmi məqalələr istəyir. Amma bildirim ki, bunların hamısı maliyyə tələb edir. Bunların hamısı müəllimlərin, professorların vəsaiti hesabına olur. Heç olmasa qanun şərait yaratmalıdır ki, universitetlərə maliyyə ayrılsın”, - deyə rektor çıxışında bildirib.
Xəbər lenti

Evinin önündə sui-qəsdə məruz qalan deputat xəstəxanaya yerləşdirilib
Onun vəziyyəti orta-ağırdır, həyatı riski yoxdur