Naxçıvanda YANĞIN


Naxçıvan şəhərində yanğın baş verib. Yanğın şəhərin Nəcməddin Naxçıvani küçəsində olub.
Hadisə yerinə Naxçıvan Muxtar Respublika Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətinin, eyni zamanda Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb edilib.
Yanğın yaxınlıqdakı evlərə də keçib.
Yanğın zamanı 3 polis əməkdaşı zəhərlənib, vəziyyətləri sabitdir.
Sözügedən yanğın artıq tam olaraq söndürülüb, soyutma işləri aparılır.
İlkin araşdırmalara görə, yanğına səbəb qısaqapanma olub. /APA/
Xəbər lenti

Məleykə Abbaszadə valideynləri günahlandırdı
"Mlərəsə övladlarının 700 bal toplamasının acığını vermək üçün..."