Dünyanı dəyişəcək TEXNOLOGIYA

10:19 15-03-2023 | icon 288 | Maraqlı
Dünyanı dəyişəcək TEXNOLOGIYA

ABŞ-ın "OpenAI" şirkəti GPT-4 adlı süni zəka çatbotunu təqdim edib.

 

Versus.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.

 

Şirkət bildirir ki, onun ən son texnologiyası "multimodal"dır, yəni qeyd olunan çatbot əvvəlki versiyalardan fərqli olaraq yalnız mətnlər yox, video, şəkil və səs kimi bir çox məzmun yarada biləcək. Tərtibatçıların sözlərinə görə, GPT-4 müxtəlif peşəkar və akademik sınaqlarda insan səviyyəsinə çata bilir.

 

Açıqlamada deyilir ki, GPT-4 sələfi ilə müqayisədə qadağan olunmuş məzmunla bağlı sorğulara cavab vermə ehtimalı 82% azdır, düzgün cavablar yaratmaq ehtimalı isə 40% çoxdur. Şirkət modelin təkmilləşdirilməsinə altı ay sərf edib.  Buna baxmayaraq, "OpenAI" şirkətİ GPT-4-ün mükəmməl olmadığını qeyd edir. Çatbot testlərin birində Elvis Preslini “aktyorun oğlu” adlandırıb. GPT-4 2021-ci ilin sentyabrından sonra baş verən hadisələrdən xəbərsizdir. 

 

Mətbuatda yayılan məlumata görə, şirkətin bundan əvvəlki GPT-3.5 modeli 175 milyard parametrləri özündə cəmləşdirib. GPT-4 isə bundan dəfələrlə çox, 10 trilyon parameterə malik ola bilər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ermənistan Azərbaycanın şərtlərini qəbul etməzsə...

Sözün əsl mənasında QARIN AĞRISI

37 dərəcə qızdırmanı heçə sayanların diqqətinə

Porsuqlara görə qatarların hərəkəti dayandırılıb

“Rusiya sülhməramlısı özünü Sovetlər Birliyinin 366-cı alayı kimi aparır”

Bu dəyişiklik Avropanı həmişəlik dəyişəcək

Qədim Roma dövründən qalan layihə reallaşdırılır

Ehtiyatlı olun

Separatçılar Prezident Administrasiyasının budəfəki dəvətini qəbul edəcək?

Ekologiyaya xeyir verən plastik paltarlar

“Faktlar sülhməramlıların sülhə xidmət etmək üçün gəlmədiyini göstərir”

Vüqar Əliyevin əmək müqaviləsinə xitam verildi

Saray-Novxanı yolunda ağır qəza

İki bankın ləğv prosesinin yekunlaşması gözlənilir

Nigar Camal haqqında bunu bilirdiniz?