Məktəblərdə psixoloji xidmətlə bağlı monitorinqlər aparılır

10:29 15-03-2023 | icon 294 | Təhsil
Məktəblərdə psixoloji xidmətlə bağlı monitorinqlər aparılır

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil məktəblərində psixoloji xidmətin effektivliyinin artırılması ilə əlaqədar monitorinqlər aparılır.

 

Bu barədə Versus.az-a İdarədən məlumat verilib.

 

Bildirilib ki, monitorinqin keçirilməsində əsas məqsəd psixoloqların peşəkar kompetensiyalarının yüksəldilməsinə dəstək olmaq, şagird və müəllimlərin emosional sferasını tədqiq edib həmin istiqamətdə inkişafetdirici işlər aparmaqdan ibarətdir. Şagirdlərdə imtahan həyəcanını korreksiya etmək, risk qrupuna daxilolma ehtimalı olan, xüsusi qayğıya ehtiyac duyan şagirdlərlə qrup çalışmaları aparmaq, müəllim-şagird-valideyn kontingenti ilə maarifləndirici seminarlar təşkil etmək, valideynlərin məktəb və pedaqoji prosesə münasibətini və dərsin psixoloji təşkilini öyrənmək məqsədilə dərsdinləmələrdə iştirak etmək də monitorinqin əsas hədəflərindəndir.

 

Monitorinqlər zamanı ümumi təhsil müəssisələrində şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin düzgün qurulması məsələləri ilə bağlı müşahidələr aparılır.

 

Təhsil müəssisələrində şagirdlərə lazımi psixoloji dəstək göstərmələri ilə bağlı psixoloqlara müvafiq təklif və tövsiyələr verilir, həmçinin müxtəlif problemli vəziyyətlər üzərində iş aparılmasına dair məsələlər müzakirə edilir.

 

Qeyd edək ki, monitorinqlərin sistemli və ardıcıl şəkildə davam etdirilməsi nəzərdə tutulur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ermənistan Azərbaycanın şərtlərini qəbul etməzsə...

Sözün əsl mənasında QARIN AĞRISI

37 dərəcə qızdırmanı heçə sayanların diqqətinə

Porsuqlara görə qatarların hərəkəti dayandırılıb

“Rusiya sülhməramlısı özünü Sovetlər Birliyinin 366-cı alayı kimi aparır”

Bu dəyişiklik Avropanı həmişəlik dəyişəcək

Qədim Roma dövründən qalan layihə reallaşdırılır

Ehtiyatlı olun

Separatçılar Prezident Administrasiyasının budəfəki dəvətini qəbul edəcək?

Ekologiyaya xeyir verən plastik paltarlar

“Faktlar sülhməramlıların sülhə xidmət etmək üçün gəlmədiyini göstərir”

Vüqar Əliyevin əmək müqaviləsinə xitam verildi

Saray-Novxanı yolunda ağır qəza

İki bankın ləğv prosesinin yekunlaşması gözlənilir

Nigar Camal haqqında bunu bilirdiniz?