Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

13:21 15-03-2023 | icon 194 | Geopolitika
Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Rəşad Bayramov: “İnsanların öz ana dilində danışmaq hüququna hörmətlə yanaşmalıdır”

 

“Korsikanın müstəqillik mübarizəsini separatizm hesab edən rəsmi Paris korsikalıların milliyətini pasportlarında “fransız” yazmaqla, unutdurmağa çalışdı. İndi isə korsika dilinin aradan qaldırılması istiqamətində addımlar atır”.

 

Versus.Az xəbər verir ki, bunu politoloq Rəşad Bayramov Korsika dilinin rəsmi dil olaraq ləğv edilməsi ilə bağlı Fransa hökumətinin bu millətə qarşı apardığı müstəmləkə siyasəti və üstəlik bu dövlətin Azərbaycana “demokratiya, insan hüquqlarından” “dərs” keçməsinə diqqət çəkərkən bildirib.

 

R.Bayramov Korsika ilə bağlı tarixi faktlara diqqət çəkərək, Fransanın müstəmləkəsindən xilas olması üçün apardığı mübarizəni önə çəkib:

 

“Fransanın Korsika problemi uzun illərdir ki, davam edir. Belə ki, Korsika adasında müstəqillik uğrunda mübarizə 200 ildən artıqdır ki, davam edir. Və rəsmi Paris Korsika adası ətrafında baş verənləri Fransanın ərazi bütövlüyünə qarşı separatizm fəaliyyəti kimi dəyərləndirir. Korsika adasının müstəqillik tələbləri ilə Azərbaycanın Xankəndi və ətraf bölgəsində erməni separatçılarının fəaliyyəti arasında ciddi fərqlər mövcuddur. Belə ki, ermənilər Azərbaycanın Qarabağ bölgəsində aborigen xalq deyillər. Onlar bu bölgəyə Çar Rusiyası tərəfindən əsasən İrandan sonradan köçürülmüş gəlmələrdir. Ancaq Korsikanın müstəqilliyini tələb edən yerli xalq bu adanın aborigen sahibləridir. Aralıq dənizindəki bu ada dəfələrlə yadellilər – yunanlar, romalılar və s. tərəfindən işğal olunub. Nəhayət, 1755-ci ildə bu ada növbəti dəfə azadlığa qovuşub və Korsika Respublikası elan edilib. Bununla belə, Korsika Respublikasının müstəqilliyi uzun sürməyib. Çünki Fransa 1768-ci ildə bu adanı işğal edib və öz ərazisinə qatıb. Həmin gündən Korsikalılar yenidən öz dövlətlərini yaratmaq uğrunda mübarizə aparırlar.  Onu da qeyd edim ki, statistikaya görə Korsika faktiki olaraq Fransanın ən kasıb regionudur. Başqa sözlə desək rəsmi Paris həmin bölgəyə sərmayə qoyululması, iş yerlərinin açılması istiqamətində heç bir addım atmır. Nəticədə ada yalnız turizm hesabına ayaqda qala bilir. Əhali isə, xüsusən gənclər öz yurdlarını tərk etək məcburiyyətində qalırlar.

Korsikada muxtariyyət tələbi ilə çıxış edən təşkilatlar və ayrı-ayrı şəxslər separatçı və terrorçu elan edilir, haqlarında cinayət işləri qaldırılır və onlar həbsə məhkum edilirlər. 2000-ci illərin əvvəllərində rəsmi Paris Korsikalılara bəzi güzəştlərə getdiyini, onlara ölkə parlamentidə ayrıca təmsilçilik hüquqlarının veriləcəyini vəd etsə də həmin vədlər yerinə yetirilməyib”.

 

Politoloq qeyd edib ki, Fransanın ərazi bütövlüyü baxımından, rəsmi Parisin mövqeyi müəyyən mənada, başadüşüləndir. Ancaq rəsmi Paris eyni mövqedə ardıcıllığı qorumağa da borcludur:

 

“Yəni, separatizm fəaliyyəti Fransaya qarşı olanda rəsmi Paris dərhal onu boğmağa çalışır. Başqa dövlətlərə, xüsusilə də Azərbaycana qarşı yönəlmiş olanda isə, rəsmi Paris separatizm fəaliyyətini məmnuniyyətlə dəstəkləyir, hətta onu gücləndirməyə çalışır. Erməni separatçı-terrorçularına “status” verilməsində israr edir. Bu cür ikili yanaşma Fransanın əslində necə bir siyasət yürütdüyünü tam çılpaqlığı ilə ortaya qoyur. Ona görə də, rəsmi Paris “Korsika problemi”ni qətiyyən nəzərdən qaçırmamalı və bizim ərazimizdə separatçılara dəstək verməkdənsə elə öz ərazisində insanların öz ana dilində danışmaq hüququna hörmətlə yanaşmalıdır”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

Ordu ilə bağlı zarafat etdi

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

FIFA yeni formatı təsdiqlədi

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

İki azərbaycanlı şagird bu İnstituta birbaşa qəbul aldı

Naxçıvanda YANĞIN