Özünə umac ova bilməyib, başqasına ərişdə kəsən Fransa


Xəzər Teyyublu: “Fransa demokratiya, insan hüquqlarına utanc gətirir”
Korsikanın yerli parlamenti Korsika dilinin qadağan edilməsi ilə bağlı qərar verib. Fransa korsikalıların müstəqillik mübarizəsini dilini, şəxsiyyətini məhv etməklə qırmağa çalışır. Azərbaycanda azsaylı ermənilərin hüquqmüdfiəçisi kimi çıxış edən Fransa Makron hökumətinin, bir xalqın dilini ləğv etməsi bu hökumətin hansı mahiyyətini ortaya qoyur?
Versus.Az xəbər verir ki, bu istiqamətdə açıqlama verən hüquq müdafiəçisi Xəzər Teyyublu bildirib ki, dünyada özünü "sülh göyərçini" kimi göstərməyə adət edən Fransanın Korsika dilini ləğv etməsi, bu ölkənin müstəmləkə siyasətinin göstəricisidir. Onun fikrincə, Fransa kimi bir dövlətin digər dövlətlərin, xalqların həyatına təsir etmək istəyi, Azərbaycan el misalı ilə desək, "özünə umac ova bilməyən fransa, başqasına ərişdə kəsir”.
X.Teyyubli Fransa hökumətinin bu addımını biabırçı adlandırıb:
“Bu bir daha göstərir ki, Fransa üçün “demokratiya, insan hüquqları məsələsi görüntüdür. Fransa özünün istila, müstəmləkə siyasətini bu gün də Korsika üzərində davam etdirir. Amma dünyanın gözü tərəzidir. Fransanın Afrikada həyata keçirdiyi müstəmləkə siyasəti və bu gün də erməni bacısının üzərindən Cənubi Qafqazdakı prosesləri diqtə etmək arzusu bu ölkənin mahiyyətini ortaya qoyur”.
X.Teyyublu bildirib ki, bir xalqın ana dilini ləğv etdirib, öz dilini qəbul etdirmək Fransa kimi müstəmləkəçi dövlətlərin mahiyyətidir:
“Fransa oaborogen korsikalılara öz hikkəsini qəbul etdirməklə, demokratiya, insan hüquqlarına utanc gətirir. Amma Fransanın müstəmləkə siyasətinə baxmayaraq, Kosova xalqı öz mübarizəsini aparacaq, öz dilini qoruyub saxlayacaq və dövlət prinsiplərini davam etdirəcəklər”.
T.Qafarlı
Xəbər lenti

“Aprel döyüşləri” - AÇIQLAMA
“Bu döyüşlərdə illərdir işğal faktı aurasında özünü güclü sanan erməni ruhunu sındıra bildik”