Türkiyədə zəlzələdən sonra sel fəlakəti


Çox sayda ölən və itkin düşənlər var
Dəhşətli dağıntılara səbəb olan zəlzələlərin ardından Türkiyənin Adıyaman şəhərində sel suları 1 nəfərin ölümünə, 4 nəfərin itkin düşməsinə səbəb olub. Tut rayonunda onları içində olduqları konteynerlə birgə sel aparıb. Əraziyə çox sayda xilasedicilər cəlb olunub. Axtarış-xilasetmə işləri aparılır.
Şanlıurfada isə aralarında xilasedicilər də olan 6 nəfəri sel aparıb. Bölgədə axtarış-xilasetmə işləri davam etdirilir.
“Su altında qalan insanlar var. Onların tapılması üçün çalışırıq. Xilasedicilərin qayığı çevrildi, bir nəfər xilas oldu, o birilərindən isə xəbər ala bilmirik”, - deyə Şanlıurfanın bələdiyyə sədri Zeynep Abidin Beyazgül bildirib.
İki şəhərdə ümumilikdə beş nəfərin həlak olduğu, beş nəfərin itkin düşdüyü qeyd edilir.
Xəbər lenti

Evinin önündə sui-qəsdə məruz qalan deputat xəstəxanaya yerləşdirilib
Onun vəziyyəti orta-ağırdır, həyatı riski yoxdur