22 il sonra məşhur filmin sirrini açıqladı

09:16 16-03-2023 | icon 132 | Şou-biznes
22 il sonra məşhur filmin sirrini açıqladı

Jan-Pyer Jöne: “Ameli əslində sovet agenti idi”

 

Fransalı rejissor Jan-Pyer Jöne bütün dünyada böyük marağa səbəb olan “Ameli” filmindən 22 il sonra məşhur fransız personajın əsl kimliyini açıqlayıb.

 

O bildirib ki, filmin əsas qəhrəmanlarından olan Ameli əslində Milli Təhlükəsizlik Komitəsinin (MTK) agenti olub.

 

Jönenin “Le Fabuleux Destin d'Amélie Poulain” (“Ameli Poulainin nağıl kimi taleyi”) və ya qısaca “Ameli” filmi bütün Paris küçələrində çəkilib. Filmdə gözəl qəlbli gənc ofisiant Amelinin həyatından bəhs edilir. Ancaq filmin rejissoru təxminən dörddəbir əsr sonra Amelinin əslində düşünüldüyü kimi günahsız personaj olmadığını açıqlayıb.

 

Jöne yayımladığı 6 dəqiqəlik qısametrajlı filmlə Amelinin əsas hekayəsini ortaya qoyub.

 

“Ameli Poulainin əsl hekayəsi” adlı qısametrajlı filmdə qeyd edilir ki, Ameli əslində Sovet İttifaqının kəşfiyyat xidməti olan Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən işə götürülüb və casusdur. Həmçinin kiçik yaşlarından ona casusluq təlimləri keçilib.

 

 

Qısametrajlı film Jönenin nitqi ilə başlayır və o, nitqində sirri aşkara çıxarmağın zamanının gəldiyini deyir. Fransız aktrisa Audrey Tautou tərəfindən canlandırılan Amelinin casusluq texnikaları və siyanid tərkibli krem-brüle hazırlamaq kimi “hiyləgər” planları filmdə simvolik səhnələrin köməyi ilə deşifrə edilir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

Ordu ilə bağlı zarafat etdi

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

FIFA yeni formatı təsdiqlədi

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

Naxçıvanda YANĞIN

İki azərbaycanlı şagird bu İnstituta birbaşa qəbul aldı