Bu sayta xəbərdarlıq edildi

13:39 08-02-2019 | icon 227 | KİV
Bu sayta xəbərdarlıq edildi

 

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.

 

Şuradan Versus.Az-a verilən məlumata görə, toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının KİV və İctimaiyyətlə əlaqələr bölməsinin müdiri İlahə İsmayılovanın “istixeber.info” saytına qarşı şikayətini araşdıran komissiya üzvləri müəyyən ediblər ki, şikayətçidə narazılıq doğuran material hazırlanarkən, balans prinsipi pozulub, obyektivlik gözlənilməyib.

 

Sayt əməkdaşlarına müraciət edilməsinə və araşdırma üçün şərait yaradılmasına baxmayaraq, tənqid ruhlu material birtərəfli hazırlanıb, qarşı tərəfin mövqeyinə yer verilməyib, bu baxımdan əsaslandırılmamış məqamlar qabardılıb. MŞ adından “istixeber.info” saytına xəbərdarlıq edilib, qısa müddətdə qarşı tərəfin rəyini dərc etmək tövsiyyə olunub.

 

Bakı şəhər sakini, idmançı Fəridə Əzizovanın “Open.az” saytına qarşı şikayətin araşdıran Komissiya üzvləri bildiriblər ki, sözügedən şikayət təkrarən müzakirəyə çıxarılır. Belə ki, Komissiyanın 15 yanvar 2019-cu il tarixli iclasında məsələ şikayətçilər Fəridə Əzizova, onun qohumu Aysel İsgəndərova və “Open.az” saytının redaktorunun iştirakı ilə müzakirə edilib, xəbərdə ciddi xətalara yol verildiyi, informasiyanın qondarma məsələlər üzərində qurulduğu, dəqiqləşdirilmə üçün heç bir cəhd göstərilmədiyi sayt təmsilçisi tərəfindən etiraf edilib. Sayt redaktoru təkzib verməyə, həmçinin, qarşı tərəfin mövqeyini işıqlandırmağa razı olub. Lakin, sonradan bu vədin yerinə yetirilməməsi, təkzib verilməməsi “Open.az” saytının qeyd olunan mövzu üzrə fərqli maraqlarının olduğunu təsdiqləyir. Komissiya üzvləri geniş kontekstdə araşdırma aparılması üçün məsələnin “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına yönləndirilməsinə dair rəy veriblər.

 

İclasda Azərbaycan Dövlət Pedaqoji Universitetinin “müxalifet.az” saytına qarşı şikayəti də araşdırılıb. Sayt təmsilçisi materialların birtərəfli, əsaslandırılmamış hazırlandığını etiraf edib, onların saytdan götürüldüyünü bildirib. Amma qarşı tərəf bununla yanaşı, təkzib verilməsini istəyib. Komissiya üzvləri sayta təkzib verilməsini tövsiyyə ediblər.

 

“Bakı Metropoliteni” QSC-nin “pressinfo.az” saytına qarşı şikayətini araşdıran komissiya üzvləri rəy veriblər ki, saytın hazırladığı materialda balans prinsipi pozulub. Qarşı tərəfin mövqeyinə yer verilməyib, bu baxımdan əsaslandırılmamış fikirlər yer alıb. MŞ adından “pressinfo.az” saytına xəbərdarlıq edilib, qısa müddətdə qarşı tərəfin rəyini dərc etmək tövsiyyə olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İQBAL AĞAZADƏ: O kəslər bir yerdə yaşasınlar ki, ayrı yaşaya bilmirlər

Lənkəranda bir neçə təhsil müəssisəsinin açılış mərasimi olub

ÜMİDDƏN ASILAN QILINC

Qazilər 92-ci il döyüşlərindən danışdılar

"Bu, islahat deyil, utancverici göstəricidir"

"Bəs Əli Kərimli niyə susur?"

“Özünü güclü siyasi qüvvə və ya "ana müxalifət" hesab edirsə, buyursun seçkiyə” - MÜSAHİBƏ

Laçın şəhər 37 saylı məktəbdə BİLİK GÜNÜ - VİDEO

Qəbrin nurla dolsun şəhidim...

Musiqi sevgisinin kökündə duran Üzeyir Hacıbəyli işığı

Fuad Qəhrəmanlının qızından atası və Əli Kərimli ilə bağlı - Sensasion iddialar

AXCP sədri: Prezidentə və Birinci vitse-prezidentə qarşı “səlib yürüşü” edə bilmərik

ŞƏHİD QƏBİRLƏRİNDƏN DUYULAN VƏTƏN ANDIMIZ 

Mitinqə görə imiş... yesinlər mitinqinizi

Qızlarınızın dizini sındırmayın