Daha bir pilot mübarizəni dayandırdı


“Formula 1” üzrə Azərbaycan Qran-prisinin sərbəst yürüşündə daha bir pilot mübarizədən kənarda qalıb.
Versus.az xəbər verir ki, “Haas” komandasının pilotu Kevin Maqnussen bolidində yanacaq sistemində təzyiqin artması nəticəsində yürüşə davam edə bilməyib.
Bundan əvvəl “Alpine”nin pilotu Pyer Qasli mübarizəni dayandırıb.
Qeyd edək ki, Azərbaycan "Formula 1" yarışlarına yeddinci dəfədir ev sahibliyi edir.
Xəbər lenti

105 yaşlı Cümhuriyyət – MÜSAHİBƏ
"Azərbaycan Cümhuriyyəti mövcud regional və beynəlxalq situasiyanın şərtləri daxilində meydana gəlmişdi"