Deputatlar Sloveniyaya səfər edəcək


Milli Məclisin deputatları Sloveniyada səfərdə olacaqlar.
Versus.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Verilən məlumata görə, Milli Məclisin deputatları - Sloveniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ağalar Vəliyev, qrupun üzvləri Elnur Allahverdiyev və Rafael Hüseynov mayın 2-də Sloveniya Respublikasının Nova Qoritsa şəhərinə səfər edəcəklər.
Deputatlarımız Sloveniya Milli Assambleyasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşəcək, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparacaqlar.
Bununla yanaşı, hər iki ölkə parlamentinin dostluq qruplarının üzvləri Azərbaycanın Sloveniyadakı səfirliyi tərəfindən Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 105-ci ildönümü münasibəti ilə təşkil olunan tədbirdə iştirak edəcəklər.
Səfər mayın 5-də başa çatacaq.
Versus.Az
Xəbər lenti

Sürücülərin NƏZƏRİNƏ
Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq