Polisdən xüsusi ƏMƏLİYYAT

22:09 01-05-2023 | icon 262 | Siyasət
Polisdən xüsusi ƏMƏLİYYAT

İranın casus şəbəkəsinin 16 üzvü həbs edildi

 

Narkotik vasitələrin satışından maliyyələşərək Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinə cəlb edilən şəxslər polis əməkdaşları tərəfindən həbs ediliblər.

 

Versus.Az xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat zamanı 16 nəfər tutularaq istintaqa təhvil verilib.

 

Saxlanılan şəxslər dini anlayışı olmayan narkotik aludəçilərini başqa-başqa şəxslərin əli ilə yardım adı altında əməkdaşlığa cəlb edərək narkotik vasitələrin satışını təşkil etməklə “kərimə dövlət”inin əlaqələrini dərinləşdirməyə çalışıblar.

 

Əsasən İrandan idarə edilən dini-siyasi mərkəzlərin tapşırıqlarını yerinə yetirən şəxslərin məqsədi narkotik aludəçilərini, xurafata meylli şəxsləri öz çirkin niyyətlərinə alət etmək olub.

 

Polis tərəfindən ifşa olunan növbəti şəbəkə üzvlərinin əlaqələri, onların pozuculuq fəaliyyəti haqqında sosial şəbəkə hesablarında xeyli inkarolunmaz faktlar var.

 

Həmin şəxslər radikal əməllərini heç vaxt inkar etməyiblər, vətəndaşı olduqları ölkənin qanunlarına yox, özlərinə lider hesab etdikləri “ağanın qaydaları”na uyğun həyat tərzi sürüblər.

 

 

Saxlanılan şəxslər aşağıdakılardır:

S. Məmmədov

R. Rüstəmov

Ə. Əsədullayev

C. Balaşov

V. Pünhanəliyev

V. Fərzəliyev

T. Qasımov

T. Mirişov

M. Mamedov

M. Əhmədov

İ. Həsənov

Ə. Firudunbəyli

M. Fətəliyev

M. Rzayev

Ş. Süleymanov

A. Əliyev

 

Həmin şəxslərin fotolarını təqdim edirik:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

 Pensiya yaşı dəyişdiriləcəkmi?

Pensiyalarla bağlı bu şəxslər də SEVİNƏCƏKLƏR

“2023-cü ildən sonra o cür seriyalı danışıqlara qatılmayacağıq”

“Ermənistan Espo Konvensiyanı kobud şəkildə pozur”

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin FIRILDAQLARI

Zavod, yoxsa Zəngəzur yolunun üzərində tikilən “divar”?

TƏCİLİ: Böyrəyində problemi olanlar bunu oxusun

“Qərar ver, qol vur: Futbol meydanından ofislərə idarəçilik və liderlik dərsləri”

“Bu gün əldə olunan uğurlarımızla öyünə bilirik”

Erməni həyasızlığının pik nöqtəsi

Yataqxanada olan ailələri məcburi köçürürlər?

Laçına növbəti KÖÇ HAZIRLIĞI

"Qayıdışı könüllü həyata keçirilir və keçiriləcək"

Azərbaycanda üç “goreşən” saxlanıldı

“CinemaPlus” aztəminatlı ailələrin övladlarını sevindirib