Cəbrayılda çoban minaya düşdü


Cocuq Mərcanlıda mina partlayışı ilə bağlı cinayət işi açılıb.
Versus.Az xəbər verir ki, bu barədə Cəbrayıl rayon prokurorluğunun məlumatında bildirilib.
Mayın 1-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı qeyd olunan ərazidə tank əleyhinə minanın partlaması nəticəsində 1964-cü il təvəllüdlü Oktay Alışovun ölməsi müəyyən edilib.
Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Həmçinin bildirilir ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 299 nəfər mina qurbanlarından 55-i həlak olub, 244-ü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəbər lenti

Ayaq və qollarda keyləşmə hansı xəstəliyin əlamətidir?
Damar tıxanıqlığı tez-tez şəkər xəstələrində müşahidə edilir