Milli Məclisdə mina terrorundan DANIŞDILAR


“Ermənistan ölkəmizə qarşı mina terrorunu sistemli şəkildə davam etdirməkdədir. Ötən əsrin 90-cı illərindən bu günə qədər 3300 vətəndaşımız Ermənistanın mina terrorunun qurbanı olub”.
Versus.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşad Mirbəşiroğlu deyib.
Deputat bildirib ki, təkcə son bir həftə ərzində 4 vətəndaşımız mina partlaması nəticəsində həlak olub:
"Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri mina partlaması nəticəsində həlak olanlarla bağlı narahatlıq ifadə etsələr də, bunun Ermənistan tərəfindən törədildiyini səsləndirmirlər. Bu da Ermənistanın özünü cəzasızlıq şəraitində hiss etməsini şərtləndirir. Ermənistan beynəlxalq hüquq normalarını və beynəlxalq konvensiyaları kobud şəkildə pozmaqda davam edir. Beynəlxalq instansiyalar isə susmağa üstünlük verirlər. Bunun nəticəsində beynəlxalq mina təhlükəsizliyinin təmin olunması imkanları ciddi şəkildə məhdudlaşır. Ona görə də Ermənistana ciddi təzyiqlər göstərməlidirlər”.
Xəbər lenti

Sürücülərin NƏZƏRİNƏ
Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq