Laçında laçınlıların təhlükəsizliyi yüksək səviyyədə qorunacaq


Mahir Abbaszadə: "Buraxılış məntəqəsi təhlükəsizliyin qorunması baxımından vacibdir"
“44 günlük müharibədən sonra bərpa-quruculuq prosesi ilə yanaşı, sərhədlərimizdə təhlükəsizliyin təmin edilməsi də mühüm məsələlərdən idi. Çünki Vətən müharibəsindən sonra biz Ermənistanla təxminən 400 km pozulmuş sərhədlərimizi bərpa etmişdik. Bu nöqteyi-nəzərdən təhlüksəzilik məsələlərinin təmin edilməsi vacib məqamlardandır”.
Versus.az xəbər verir ki, bu sözləri deputat Mahir Abbaszadə Milli Məclisin bugünkü iclasında deyib.
Deputat qeyd edib ki, məhz Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd buraxılış məntəqəsinin qoyulması təhlükəsizliyin və sülhün bərpa olunması baxımından çox vacibdir.
M.Abbaszadə Prezident İlham Əliyevin verdiyi anonslara diqqət çəkərək, Zabux, Sus kəndlərinin bərpası və məcburi köçkün düşmüş insanların geri qayıtması prosesinə toxunub:
“Köçürülmüş insanlar üçün cənab Prezidentin tapşırığı ilə evlərin tikilməsi, infrastrukturun qurulması və sair məsələlərlə bərabər həm də təhlükəsizliyin qorunması da mühümdür. Sərhəd-buraxılış məntəqəsinin qurulması göstərir ki, Azərbaycan dövləti köçürüləcək insanların təhlükəsizliyini yüksək səviyyədə, Azərbaycanın silahlı qüvvələri tərəfindən həyata keçirəcəkdir”.
T.Qafarlı
Xəbər lenti

Sürücülərin NƏZƏRİNƏ
Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq