Emosional aksiyalar istəyi və reallıq

17:32 11-02-2019 | icon 172 | Kürsü
Emosional aksiyalar istəyi və reallıq

Müxalifətin vətəndaşa verəcəyi ancaq quru söz, gəlişigözəl vədlərdir

 

 

ELMAN BABAYEV

 

Əli Kərimli daha böyük rəqəmlərə iddia edərək, insanları 50-60 minlik mitinqlərə çağırır. Belə ki, emosional, coşğulu mitinqlər istəyir. 

 

Ortada o qədər gülünc və təhrikedici bir vəd var ki...yəni, ey,  bu sayda etirazçı,  küçələrə çox halda çıx ki, bütün tələblərin öz həllini tapa bilsin!

 

Kim deyir ki, 50-60 min insanı aksiyaya çağırmaq olmaz?! Amma gərək üslub təhrikedici, aldatma, qızışdırma üslubu şəklində olmasın. 

İkincisi, gərək həqiqətən kütləvi aksiya çağırışı edəni bu qədər müdafiəyə qalxan, inanan, onun arzularına cavab verən vətəndaş olsun, təbii şəkildə.Varmı? Əlbəttə ki, yox.

 

Vaxt var idi, kütləvi aksiyalar xaricdən ötürülən vəsaitlərlə muzdlu vətəndaş hesabına formalaşdırılırdı. Həmin pul mənbələrinin yolu ölkəyə bağlandıqdan sonra müxalifətin emosional aksiyaları bir daha təkrarlanmadı.   

 

Siyasi prosesləri dəqiq qiymətləndirəndə,  hakimiyyət sükanına iddialıların düşdüyü durum diqqətdən kənarda qala bilməz. Zorla bir dirəniş yaratmaq, narazılar qrupu axtarıb tapmaq, mitinqlər üçün iştirakçı ovlamaq üçün çarpışma gedir.      

Hər dəfə iddia olunan rəqəmə yetişməyəndə, bunu sünü yollarla şişirtmək, yalan göstəricidən ilhamla təkrar irəli atılmaq, insanları “biz güclüyük” saxtakarlığına inandırıb ətrafına çəkmək fəaliyyəti başlayır.

 

Əgər bir tərəfdə sosial bazası kasad, ayrı-ayrı sosial narazıları hərəkətə gətirmək üçün min cür vasitəyə əl atan müxalifət varsa, digər tərəfdə ölkədəki vəziyyətə tam nəzarət edən, xalqın rifahının yaxşılaşmasına hədəflənən qərarların təşəbbüskarı prezident İlham Əliyev var; o, cəmiyyətin gözləntilərini gerçəkləşdirməklə sosial narazılıqlardan faydalanmaq istəyənlərin arzularını alt-üst etməyi bacarır.

 

50-60 minlik mitinq üçün əvvvəlcə narazı deyilən hissəyə real iqtisadi proqram təqdim etmək lazımdır. Uğurlu iqtisadi təhlillər apara bilən, hazırlayan insanlarsa artıq müxalifət liderlərinin yanında deyil, müstəqil çalışırlar. Odur ki, müxalifətdə inandırıcı, gerçəkçi sosial-iqtisadi proqramlarla mübarizə aparmaq, mübarizəni, davanı intellektual müstəvidə yürütmək imkanları çox zəifdir, belə olduqda bütün enerji narazı insan tapmaq, onları emosianallığa kökləmək, reallıqdan uzaq vədlər verməklə öz tərəfinə çəkmək xətti ənənəvi olaraq davam etdirilir.

 

Siyasi partiyaların gurultulu sözlərdə, boş vədlərdə yaratdığı hər hansı bir mənzərə var, fəaliyyət var, sadəcə.  Əslində isə onların daxil olduğu siyasi səhnədə dəyişən heç nə yoxdur. Onların siyasət üçün vacib, uğurlu rolları ortaya çıxmır.

 

Müxalifət anlamalıdır ki, hakimiyyətin narazı vətəndaşı razı salmaq imkanları onun narazılardan qalxan düzəltmək imkanlarından böyükdür. Çünki idarəçilik, islahatlar səlahiyyəti, dövlət büdcəsi, ehtiyat fondları, bir sözlə, hər məsələyə  həll modeli tapmaq gücü ondadır.

Müxalifət olanlarınsa, vətəndaşa verəcəyi ancaq quru söz, gəlişigözəl vədlər ola bilər.         

İlham Əliyev hər ilin əvvəlində olduğu kimi əhalinin sosial rifahının güclənməsi ilə bağlı verdiyi qərarlarla, müəyyən problemlərin üstünə birbaşa özünün getməsi ilə indiyə kimi qurduğu səhv siyasi mübarizənin qurbanına çevrilmiş müxalifətin əlini ancaq boşda qoya bilər.  Ona nəinki 50-60 minlik bir aksiya 5 minlik bir mitinq şansının yaranması çətindir. 

 

Özünə siyasi qüvvə deyənin 50 minlik aksiyanın qüruru ilə sosial şəbəkələrdə müzakirə açmağa haqqı çatar! 3-5 minlik mitinqlə gündəmi bərk-bərk tutub saxlamaq, cəmiyyətin istəmədiyi bir etirazın virtual məkanda müzakirəsini davam etdirməksə, çarəsizliyin, acizliyin görüntüsündən başqa bir şey deyil.

Xəbər lenti

Ölkənin firəvanlığını, gələcəyinı qurban verməyə hazır olanlar...

Əli Əhmədov: "Elələri milli qüvvələrin sərt təpkisinə tuş gəlməlidirlər"

Jurnalistin qardaşının evi yenə qarət edildi

Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb

Taxıl sahəsində başlayan yanğın alma bağlarına keçib

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

19 yerdə məktəb yarmarkası fəaliyyətə başlayıb

Nazir Türkiyə tərəfinə təşəkkür edib

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

Qənirə Paşayeva Ümumdünya Qadın Sammitinin prezidenti ilə görüşüb

Deputat Qusarda sərhəd mühafizəçiləri ilə görüşüb

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

AXH Qurultaya hazırlaşır

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri ilə görüşüb

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

“Qocalmadan problemi həll etmək istəyirsinizsə, mənim hakimiyyətə gəlməyimə sizlər də yardımçı olun” - MÜSAHİBƏ-3

MÜBARİZ MƏNSİMOVUN SUÇU

 

 

“Bu, düz bağırsaqda bədxassəli şişin yaranma riskini 9 % artırır”

Restoran və kafelərdə siqaret çəkənlərə ağlasığmaz CƏRİMƏ

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi yekunlaşıb

AXH Qurultaya hazırlaşır

5 addımda arıqlama

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

Kənddə qulyabani ovu: həmin “naməlum varlıq” bu dəfə Çiyni sakinlərini “təqib edir” - FOTO

Ermənilər mövqelərimizi atəşə tutdu

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Azərbaycanın hərbi qulluqçuları Moskvada mükafatlandırılıb

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri ilə görüşüb

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi