Köhnə nəsil smart tipli qaz sayğacları ləğv edilir

11:32 05-05-2023 | icon 313 | İqtisadiyyat
Köhnə nəsil smart tipli qaz sayğacları ləğv edilir

Azərbaycanda pilot layihə çərçivəsində 40 min abonentin mənzilinə yeni nəsil sayğac quraşdırılıb.

 

Versus.Az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev bildirib.

 

Onun sözlərinə görə, qurum bu cür sayğacların quraşdırılması prosesinə mənzil-tikinti kooperativlərindən (MTK) başlayıb:

 

“40 min civarında mexaniki tipli sayğacı “ağıllı” sayğaca çevirən cihazlar quraşdırılıb. Hansı ki, MTK-da yaşayan abonentlərin bütün məlumatlarını, hansının limitdə olduğunu, borclarını və sərfiyyatının nə qədər olduğunu o sayğaclarda görmək olur. Mərhələli şəkildə bu sayğacların digər binalara və fərdi yaşayış evlərinə də quraşdırılmasını təşkil edəcəyik”.

 

Eldəniz Vəliyev əlavə edib ki, zamanla bütün sayğaclar bir sistemin daşıyıcısı olacaq:

 

“Quraşdırılan yeni nəsil sayğaclar “Azəriqaz” İB-nin öz maddi hesabına həyata keçirilir. O ki qaldı əvvəlki smart tipli sayğaclara da o cihazın qoyulmasına, bunlar əvvəlcədən ödənişli olduğuna görə bu qayda onlara tətbiq olunmayacaq. Bilirsiniz ki, yavaş-yavaş köhnə smart tipli sayğacların dövriyyədən çıxarılma prosesi gedir.

 

Gələcəkdə bu sayğaclar daha modern və ağıllı sayğaclarla əvəzlənəcək. Yəni fərdi yaşayış evləri də xüsusi cihazlarla təchiz olunmuş sayğaclara keçəndən sonra mərhələli şəkildə köhnə smart tipli sayğaclar dövriyyədən çıxacaq”, - deyə qurum rəsmisi əlavə edib.

 

Məlumat üçün bildirək ki, yeni nəsil sayğacların ən əsas üstünlüyü ondan ibarətdir ki, onlar təkcə istehlak edilmiş qazla bağlı məlumatları deyil, həm də özünüdiaqnostika, fövqəladə vəziyyətlər və nasazlıqlar barədə məlumatları da ötürür.

 

Cihaz həmçinin idarəolunan qaz parametrlərinin icazə verilən həddən artıq olub-olmamasına da nəzarət edir. Qazın verilməsində nasazlıqlar yaranarsa, göstəricilər sistem tərəfindən qeydə alınır və cihazın yaddaşında saxlanılır, sonra avtomatik olaraq “Azəriqaz” serverinə ötürülür.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“40-50 min üzvünün olduğunu deyən partiya bu gün imza toplayır”

El arasında “daban tikanı” adlandırılan XƏSTƏLİK

75 yaşında qeydiyyatı ləğv olunur... pensiya ala bilmir... əlillik ala bilmir...

105 yaşlı Cümhuriyyət – MÜSAHİBƏ

Diplomatik, iqtisadi inkişafın dili ilə öturdüyümüz MESAJLAR

“Bu dövlətlərlə iqtisadi əlaqələrimizi bundan sonra da inkişaf etdirməliyik”

Bu xəstəlikdən əziyyət çəkənlər üçün yerimək çox faydalıdır

“Həm NATO, həm də dünyanın ən aparıcı standartlarına uyğun olan ordumuz var”

Laçında laçınlıların prezidentlə yaşadığı tarixi an

Prezidentin Litva səfərinin izi ilə...

“Bax budur Azərbaycanın dəmir yumruğu”

MCP-nin rayon şöbələri toplaşdı

MHB sədri Rusiya səfirinə müraciət edib

Riyaz Sarıkahyadan 28 may Respublika günü ilə bağlı TƏBRİK

Divarda qorxulu tablo aşkarladı