"Ermənistan işğalçı mövqeyində qaldıqca, münasibətlər düzəlməyəcək"

13:48 05-05-2023 | icon 377 | Geopolitika
"Ermənistan işğalçı mövqeyində qaldıqca, münasibətlər düzəlməyəcək"

Ehtiram Mehtiyev: "Azərbaycan öz tarixi torpaqlarına qarış-qarış sahib çıxacaq"

 

"Ermənistan regionda sabitliyin, sülhün bərqərarı və çökmüş iqtisadiyyatının inkişafı üçün Azərbaycanla münasibətlərini bərpa etməlidir. Bu münasibətlər isə Qarabağın və Zəngəzurun həllindən keçir. Regionda iqtisadiyyatı İranın və Rusiyanın ümüdünə qalan Ermənistan işğalçı siyasətindən geri çəkilməlidir".

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehtiyev bildirib.
 
 
Onun sözlərinə görə, bu gün Ermənistanın Azərbaycan və Türkiyə ilə diplomatik münasibətlərinin olmaması, bütün qlobal enerji və nəqliyyat layihələrindən kənarda qalması onun iqtisadi inkişafını getdikcə pis vəziyyətə salır:
 
 
"Ermənistan xalqı bilməlidir ki, Paşinyan hakimiyyəti xalqın gələcəyini düşünmür və bu siyasət ölkəni məhvə doğru aparır. Havadarlarına sığınmaqla regionda heç bir inkişafa nail ola bilməyən Ermənistan son 30 ildə regionda yeritdiyi siyasətin nə qədər effektsiz və perspektivsiz olduğunu bilməlidir".
 
 
E.Mehtiyev qeyd etdi ki, bu münasibətlər zamanında gərginləşməsəydi, nəqliyyat layihələrinin əksəriyyəti Gürcüstandan deyil, bir başa Ermənistan ərazisindən keçərdi:
 
 
"Lakin özünün işğalçı siyasəti bu gün Ermənistanı bütün beynəlxalq və regional layihələrdən kənarda saxlayıb. Qərbdən Türkiyə ilə, Şərqdən Azərbaycanla qapıları bağlı olan, Şimaldan Gürcüstanla münasibətləri soyuq olan Ermənistan getdikcə bölgənin ən zəif dövlətinə çevrilib".
 
 
E.Mehtiyevin fikrincə, bu gün Azərbaycan və Türkiyənin tətbiq etdiyi blokada şəraiti olmasaydı, Ermənistan iqtisadiyyatı Gürcüstan kimi inkişaf etmiş olardı:
 
 
"Fəqət ermənilərin işğalçı siyasətdən geri çəkilib, dəyişən dünyanın şərtlərinə uyğunlaşa biləcəkləri şübhə doğurur. Nə qədər ki, Ermənistanın işğalçı mövqeyi aradan qalxmayıb, bu münasibətlər düzəlməyəcək. Azərbaycan öz tarixi torpaqlarına qarış-qarış sahib çıxacaqdır".
 
 
SEVDA
Versus.Az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“40-50 min üzvünün olduğunu deyən partiya bu gün imza toplayır”

El arasında “daban tikanı” adlandırılan XƏSTƏLİK

75 yaşında qeydiyyatı ləğv olunur... pensiya ala bilmir... əlillik ala bilmir...

105 yaşlı Cümhuriyyət – MÜSAHİBƏ

Diplomatik, iqtisadi inkişafın dili ilə öturdüyümüz MESAJLAR

“Bu dövlətlərlə iqtisadi əlaqələrimizi bundan sonra da inkişaf etdirməliyik”

Bu xəstəlikdən əziyyət çəkənlər üçün yerimək çox faydalıdır

“Həm NATO, həm də dünyanın ən aparıcı standartlarına uyğun olan ordumuz var”

Laçında laçınlıların prezidentlə yaşadığı tarixi an

Prezidentin Litva səfərinin izi ilə...

“Bax budur Azərbaycanın dəmir yumruğu”

MCP-nin rayon şöbələri toplaşdı

MHB sədri Rusiya səfirinə müraciət edib

Riyaz Sarıkahyadan 28 may Respublika günü ilə bağlı TƏBRİK

Divarda qorxulu tablo aşkarladı