“Ermənistanın KTMT-yə razılığı öz əleyhinə işləyəcək”

10:38 01-05-2023 | icon 5 | Siyasət
“Ermənistanın KTMT-yə razılığı öz əleyhinə işləyəcək”

 

Xəbər verildiyi kimi, Nikol Paşinyan Ermənistanın KTMT missiyasını ərazisində yerləşdirməyə hazır olduğunu açıqlayıb. Paşinyan bildirib ki, İrəvan artıq narahatlığının və ya istəyinin dairəsini açıqlayıb. Bizim istəyimiz missiyanın effektiv olmasıdır. KTMT-yə qoşulmağa razılıq verən Ermənistan nəyə ümid edir və bu reallaşarsa regiona nə vəd edə bilər?

 

Siyasi şərhçi Məhəmməd Əsədullazadə Versus.az-a bildirib ki, KTMT-nin Ermənistanda yerləşdirilməsi ilə bağlı hökumət başçısının razılığı Avropa Missiyasının etimadı doğrultmaması ilə bağlıdır.  Onun fikrincə, Avropa İttifaqı Ermənistan avantürasının aləti olmadı.

 

Ekspert Rusiyanın da KTMT qüvvələrini Azərbaycan Ermənistan sərhəddinə yerləşdirməyə çalışdığını qeyd edib.

 

O, bildirib ki, Ermənistanın KTMT-yə razılığı öz əleyhinə işləyəcək.

 

 

“Bütün hallarda KTMT-nin sərhəddə gəlişi heç də Azərbaycanın apardığı proseslərin qarşısını almaq iqtidarında olmayacaq. Həmçinin, bu təşkilatın üzvləri Azərbaycanla münasibətləri korlamayacaq.  Sadəcə olaraq Rusiya buradakı qüvvələrdən istifadə edib Nikol Paşinyana ciddi  təzyiq edəcək”.

 

Nikol Paşinyan nə danışdığını, nəyə qərar verdiyini anlamadığını deyən M.Əsədullazadə 2 gün ərzində sülh prosesində maraqlı olmadığına diqqət çəkib.

 

“Paşinyan dünən açıqlama verir ki, mən Azərbaycanla sülh müqaviləsinə hazıram, bu gün isə deyir ki, “sülh şərt deyil”. Göründüyü kimi Ermənistan siyasəti eskolasiyaya getmək, prosesləri tormuzlamaqla məşğuldur. Əgər erməni baş nazirin müstəqil siyasət yürüdə bilmədiyini nəzərə alsaq, KTMT ilə bağlı olan fikri də dəyişə bilər”.

Ekspert bütün hallarda KTMT-nin Ermənistanın istədiyi kimi fəaliyyət göstərməyəcəyini deyib.

“KTMT Azərbaycana qarşı çıxmayacaq və sonda Paşinyan Azərbaycanın tələblərini yerinə yetirməkdən başqa çıxış yolu qalmayacaq”.

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“40-50 min üzvünün olduğunu deyən partiya bu gün imza toplayır”

El arasında “daban tikanı” adlandırılan XƏSTƏLİK

75 yaşında qeydiyyatı ləğv olunur... pensiya ala bilmir... əlillik ala bilmir...

Həmkarlar İttifaqı Konfederasiyası niyə Müstəqil Həmkarlar Birliyi ilə səhv salınır?

105 yaşlı Cümhuriyyət – MÜSAHİBƏ

Diplomatik, iqtisadi inkişafın dili ilə öturdüyümüz MESAJLAR

“Bu dövlətlərlə iqtisadi əlaqələrimizi bundan sonra da inkişaf etdirməliyik”

“Həm NATO, həm də dünyanın ən aparıcı standartlarına uyğun olan ordumuz var”

Prezidentin Litva səfərinin izi ilə...

“Bax budur Azərbaycanın dəmir yumruğu”

“ZƏFƏRİ NURLANDIRAN NURLAN” - KİTAB TƏQDİMATI

Murad Arifdən ilk solo konsert

MHB sədri Rusiya səfirinə müraciət edib

35-ci tura dörd oyunla yekun vurulur

"CinemaPlus"da sonuncu “Forsaj” filmi