"Kimlər bu əfvin əhatə dairəsinə düşməyə haqqı çatıbsa...""


“Tariximizdə çoxsaylı insanlara şamil edilən əfv qərarıdır. Təbii ki, çox demokratik müzakirə nəticəsində hər bir şəxsin taleyi nəzərə alınaraq, belə bir əfvə doğru gedən yol keçilib”.
Bunu hafta.az-a Milli Məclisin Əfv Komissiyasının üzvü Fazil Mustafa Prezidentin ulu öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar imzaladığı əfv sərəncamı ilə bağlı açıqlamasında bildirib.
F.Mustafa qeyd edib ki, əfv sərəncamı 801 nəfəri əhatə edir, bunun da 463 nəfəri birbaşa cəzanın çəkilməmiş hissəsindən azad olunur. Onun sözlərinə görə, komissiya üzvləri bu siyahının hazırlanmasında çox ciddi şəkildə işləyiblər. Deputat qeyd edib ki, müraciət edən hər bir şəxsin taleyi üzərində günlərlə araşdırma işləri aparılıb. Eyni zamanda bildirib ki, əfvin öz standartları, tələbləri var ki, əsasnaməyə uyğun olaraq o tələblər əsas götürülür.
“Eyni zamanda cəmiyyətdə onun necə qarşılanması əsas götürülür. Elə şəxslər var ki, zərərçəkmiş şəxslərin həm də buna reaksiyası nəzərə alına bilər. Ədalətlilik baxımından hər bir tərəfin maraqları düşünülərək əfvlə bağlı siyahıya daxil edilib. O baxımdan burda hansısa bir şəkildə spekulyasiyalara yer qalmamalıdır. Mümkün olan müraciət etmiş şəxslərdən kimlər bu əfvin əhatə dairəsinə düşməyə haqqı çatıbsa bura daxil olublar. Ola bilsin ki, bəlkə əfvə uyğun katiqoriyalı insanlar da ola bilər. Amma onlar ya vaxtında müraciət eləməyiblər, ya da elə cəhətlər olub ki, onu əfv sərəncamına salmaq mümkün olmayıb. Ona görə də burda müəyyən narazılıqlar da anlaşılandır. Amma müraciət edən insanaların içində mümkün qədər maksimum ədalətlilik meyyarı gözlənilibdir”.
F.Mustafa bu prosesdə Prezident Admnistrasiyasının rəhbəri, Komissiyanın sədri Samir Nuriyevin çox böyük rolunun olduğunu qeyd edib. Onun sözlərinə görə, S.Nuriyev elə bir mühit yaradıb ki, orda hər kəs fikrini sərbəst şəkildə söyləyə bilir və səsvermə yolu ilə məsələlər öz həllini tapır.
Tahirə Qafarlı
Versus.az
Xəbər lenti

Sürücülərin NƏZƏRİNƏ
Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq