Ermənistan təxribatlara təhrik edilir

16:45 11-05-2023 | icon 250 | Geopolitika
Ermənistan təxribatlara təhrik edilir

Məhəmməd Əsədullazadə: "Laçın yolunda Ermənistanla sərhəddə nəzarət buraxılış məntəqəsi bağlamalıdır"

 

“Azərbaycan Ermənistana hərbi zərbələr endirməli, Zəngəzur dəhlizi açılmalıdır və Qarabağda silahlı erməni birləşmələrinə qarşı əməliyyatlar keçirməlidir”.

 

Versus.Az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə ermənilərin sərhəd təxribatları ilə bağlı açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, Ermənistanın Kəlbəcər istiqamətində atəşkəsi pozaraq artilleriya və PUA istifadə etməsi Brüssel görüşünə "əlini gücləndirərək" getmək planın tərkib hissəsidir:

 

“Ötən həftə prezident İlham Əliyev qeyd etmişdi ki, hərbi müstəvidə deyil, diplomatik cəbhədə Ermənistanla mübarizə aparılacaq. Hərbi müstəvi bu qədər bəsdi - mesajını vermişdi”.

 

M.Əsədullazadə hesab edir ki, Ermənistan  Rusiyanın təhriki ilə Vaşinqton prosesini pozaraq, Moskva variantına üstünlük vermək üçün bu təxribatlara gedir. Moskva variantı əsasən, Qarabağda "erməni icmasına" "status" verilməsidir:

 

“Ermənistanın bu təxribatı danışıqları pozmaq və sülh prosesindən tam yayınmaqdır. Məhz ötən gün Paşinyanın təhlükəsizlik orqanlarının toplantısını keçirməsi, baş verənlərin arxasında birbaşa onun dayandığını göstərir. Bununla da Brüssel və Kişinyovda gözlənilən danışaqlar prosesi sual altına düşdü”.

 

Vaşinqton prosesində Rusiyanın Ermənistanla sərhəddə təxribatlar törətmək üçün fəaliyyətə keçəcəyinin gözlənilən olduğunu qeydedən M.Əsədullazadə, bunu Rusiyanın Qərbin iştirakı ilə sülh müqaviləsinin bağlanmasını qəbul etmədiyi və buna sərt mövqe ortaya qoyması ilə əlaqələndirib:

 

“Paşinyan siyasi iradə göstərməyərək prosesi sabotaj edir. Bas verənlərdə Vaşinqton da məsuliyyət daşıyır. Çünki, ABŞ “tərəfləri” kompromisə çağırır.

Belə bir təklif irəli sürməklə, Ermənistanı sülh prosesindən yayındırır. Azərbaycan Ermənistana hərbi zərbələr endirməli və Qarabağda silahlı erməni birləşmələrinə qarşı əməliyyatlar keçirməlidir. Laçın yolunda Ermənistanla sərhəddə nəzarət buraxılış məntəqəsi bağlamalıdır”. /hafta.az/

 

TAHİRƏ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“40-50 min üzvünün olduğunu deyən partiya bu gün imza toplayır”

El arasında “daban tikanı” adlandırılan XƏSTƏLİK

75 yaşında qeydiyyatı ləğv olunur... pensiya ala bilmir... əlillik ala bilmir...

105 yaşlı Cümhuriyyət – MÜSAHİBƏ

Diplomatik, iqtisadi inkişafın dili ilə öturdüyümüz MESAJLAR

“Bu dövlətlərlə iqtisadi əlaqələrimizi bundan sonra da inkişaf etdirməliyik”

Bu xəstəlikdən əziyyət çəkənlər üçün yerimək çox faydalıdır

“Həm NATO, həm də dünyanın ən aparıcı standartlarına uyğun olan ordumuz var”

Laçında laçınlıların prezidentlə yaşadığı tarixi an

Prezidentin Litva səfərinin izi ilə...

“Bax budur Azərbaycanın dəmir yumruğu”

MCP-nin rayon şöbələri toplaşdı

MHB sədri Rusiya səfirinə müraciət edib

Riyaz Sarıkahyadan 28 may Respublika günü ilə bağlı TƏBRİK

Divarda qorxulu tablo aşkarladı