"Kreml İrəvana açıq mesaj göndərib ki..."

17:01 11-05-2023 | icon 355 | Geopolitika
"Kreml İrəvana açıq mesaj göndərib ki..."

Elxan Şahinoğlu: "Danışıqları pozanın ünvanı bəllidir"

 

“Azərbaycan mövqelərinə atəş açın” əmri Brüsselin və Vaşinqtonun vasitəçiliyini pozmaq istəyən Kremldən gəlib. Demək, Azərbaycan ordusu həm İrəvandan idarə olunan Ermənistan ordusuna qarşı, həm də Kremldən təlimat alan erməni generallarına qarşı savaşmaq məcburiyyətindədir”.

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın 2 gündən sonra Brüsseldə nəzərdə tutulan görüşdən öncə sərhəddəki təxribatın kimin maraqlarına cavab verməsi ilə bağlı açıqlamasında Elxan Şahinoğlu bildirib.

 

Politoloq qeyd edib ki, Paşinyan son açıqlamalarının birində Avropa İttifaqının rəhbəri Şarl Mişelin vasitəçiliyindən narazılığını bildirib:

 

“Paşinyan Mişeldən ona görə narazıdır ki, Avropa İttifaqının rəhbəri Azərbaycanla Ermənistan arasında qısa zaman kəsiyində sülh sazişinin imzalanmasını istəyir və bu zaman Qarabağ məsələsinə toxunmur. Paşinyan Mişelin “gəlin Brüsseldə yenidən üçtərəfli görüş keçirək” təklifinə birbaşa “yox” deyə də bilmir, ancaq danışıqlarda nəticə əldə edilməməsi üçün müzakirələrdən bir neçə gün əvvəl sərhəddə təxribata yaşıl işıq yandıra bilərdi”.

 

E.Şahinoğlu bu təxribatlarda mümkün olan digər versiyanı da önə çəkib. Onun sözlərinə görə, Nikol Paşinyan çıxışlarının birində özü etiraf edib ki, Ermənistan ordusunda “beşinci kolon” mövcuddur:

 

“Paşinyan “beşinci kolon” dedikdə Rusiya kəşfiyyatıyla bağlı olan yüksək rütbəli erməni hərbçilərinə işarə edib. Əgər Paşinyan ordusuna nəzarət edə bilmirsə, demək Rusiya kəşfiyyatına bağlı hansısa erməni generalın əmri ilə də Azərbaycan mövqeləri atəşə tutula bilərdi. Və deməli, bu təxribatda Rusiyanın əli ola bilər”.

 

Politoloq belə bir şəraitdə Ermənistan baş nazirinin öz günahlarını Azərbaycanın üzərinə yükləmək iddiasına da toxunub:

 

“Paşinyan bildirib ki, guya Azərbaycan sərhəddə ona görə təxribat yaradıb ki, beynəlxalq birliyin Laçın yolunda sərhəd-keçid məntəqəsinə qarşı təzyiqi azalsın. Yəni Paşinyanın məntiqinə görə rəsmi Bakı mövzunu dəyişdirmək istəyib. Birincisi, artıq heç bir dövlət Laçın yolunda sərhəd-keçid məntəqəsinin yaradılmasıyla bağlı Azərbaycana təzyiq etmir, ilk günlər azca etiraz edənlər hazırda mövcud reallığı qəbul ediblər. İkincisi, ermənilərin sərhəd-keçid məntəqəsiylə bağlı Rusiyaya olan son ümidləri də puça çıxıb. Kreml İrəvana açıq mesaj göndərib ki, Rusiya hərbi kontigentinin Qarabağakdakı missiyası məhduddur, yəni sərhəd-keçid məntəqəsinin fəaliyyətinə mane ola bilməyəcəklər. Bütün bunlar ortada varkən, Azərbaycan mövcud olmayan mövzudan diqqəti yayındırmaq üçün sərhəddə niyə gərginlik yaratmalıdır? Rəsmi Bakı danışıqların bütün formatlarında iştirakda, sülh sazişinin qısa müddətdə imzalanmasında maraqlıdır. Belə olan halda danışıqları pozanın, Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan yayınanın ünvanı bəllidir”. /hafta.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

 Pensiya yaşı dəyişdiriləcəkmi?

Pensiyalarla bağlı bu şəxslər də SEVİNƏCƏKLƏR

“2023-cü ildən sonra o cür seriyalı danışıqlara qatılmayacağıq”

“Ermənistan Espo Konvensiyanı kobud şəkildə pozur”

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin FIRILDAQLARI

Zavod, yoxsa Zəngəzur yolunun üzərində tikilən “divar”?

TƏCİLİ: Böyrəyində problemi olanlar bunu oxusun

“Qərar ver, qol vur: Futbol meydanından ofislərə idarəçilik və liderlik dərsləri”

“Bu gün əldə olunan uğurlarımızla öyünə bilirik”

Erməni həyasızlığının pik nöqtəsi

Yataqxanada olan ailələri məcburi köçürürlər?

Laçına növbəti KÖÇ HAZIRLIĞI

"Qayıdışı könüllü həyata keçirilir və keçiriləcək"

Azərbaycanda üç “goreşən” saxlanıldı

“CinemaPlus” aztəminatlı ailələrin övladlarını sevindirib