72 yaşında gözəllik bloqeri oldu

14:30 15-05-2023 | icon 130 | Maraqlı
72 yaşında gözəllik bloqeri oldu

Çində yaşlı kişi xəstə nəvəsini sağaltmaq üçün gözəllik bloqeri olub.

 

72 yaşlı Çju Yunçan dodaq boyasından tutmuş tuşa qədər müxtəlif kosmetik məhsulları nəzərdən keçirir, müxtəlif brendləri reklam edir.

 

Məlumata görə, o, bu işinə təxminən altı il əvvəl, nəvəsinə nadir diaqnoz - onurğa əzələlərinin atrofiyası qoyulanda başlayıb. Həkimlərin sözlərinə görə, nəvəsinə  kömək edəcək yeganə dərmanın qiyməti təxminən 100 min dollar olub. Uşağın valideynləri evi satıb, bacardıqları qədər borc götürüblər, amma yenə də çatmayıb. Bu səbəbdən Çju pul qazanmağın alternativ yollarını axtarmağa başlayıb.

 

Onun sözlərinə görə, əvvəllər kosmetika istehsalçıları ilə əlaqə saxlayıb pulsuz nümunələr istəyib, ancaq şirkətlər onun 70 yaşında bir kişi olduğunu biləndə xahişini rədd ediblər.

 

Bu, Çjunu fikrindən döndərməyib - o, kosmetika mağazalarına gedib, işçilərdən ona məhsullar və istifadə qaydaları barədə danışmağı xahiş edib, beləliklə də bloqerliyə başlayıb.

 

Kişi canlı yayıma başladıqdan sonra internetdə onun populyarlığı sürətlə artıb.

 

“Əgər nəvəm adi uşaq kimi yeriyə bilsə, gözlərimi əbədi yumanda özümü rahat hiss edəcəyəm”, - deyə bloqer bildirir.

 

Baba, kosmetik prosedurlardan çox şey başa düşməsə də, təslim olmadığını və səhvlərindən dərs aldığını bildirib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“40-50 min üzvünün olduğunu deyən partiya bu gün imza toplayır”

El arasında “daban tikanı” adlandırılan XƏSTƏLİK

75 yaşında qeydiyyatı ləğv olunur... pensiya ala bilmir... əlillik ala bilmir...

105 yaşlı Cümhuriyyət – MÜSAHİBƏ

Diplomatik, iqtisadi inkişafın dili ilə öturdüyümüz MESAJLAR

“Bu dövlətlərlə iqtisadi əlaqələrimizi bundan sonra da inkişaf etdirməliyik”

Bu xəstəlikdən əziyyət çəkənlər üçün yerimək çox faydalıdır

“Həm NATO, həm də dünyanın ən aparıcı standartlarına uyğun olan ordumuz var”

Laçında laçınlıların prezidentlə yaşadığı tarixi an

Prezidentin Litva səfərinin izi ilə...

“Bax budur Azərbaycanın dəmir yumruğu”

MCP-nin rayon şöbələri toplaşdı

MHB sədri Rusiya səfirinə müraciət edib

Riyaz Sarıkahyadan 28 may Respublika günü ilə bağlı TƏBRİK

Divarda qorxulu tablo aşkarladı