Ağırlıqqaldıranımız Afrika çempionatının qalibi olub

09:48 15-05-2023 | icon 147 | İdman
Ağırlıqqaldıranımız Afrika çempionatının qalibi olub

Tunisdə keçirilən ağır atletika üzrə 33-cü Afrika çempionatına start verilib. Yarışda Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər.

 

Versus.Az Azərbaycan Ağır Atletika Federasiyasına istinadla xəbər verir ki, ilk olaraq millimizin üzvü Nazilə İsmayılova körpücük üzərinə çıxıb. O, 45 kiloqram çəki dərəcəsində mübarizə aparıb. Atletimiz uğurlu çıxışla yadda qalıb.

 

Nazilə İsmayılova birdən qaldırma hərəkətində 60, təkanla qaldırma hərəkətində 72 kiloqram çəkini ram edib, toplam 132 kiloqram (60+72) nəticə göstərib.

 

Bu göstərici ilə o, bu çəki dərəcəsində həm birdən, həm təkanla qaldırma hərəkətləri, həm də toplamda qalib olub.

 

Azərbaycan yığmasının başqa qitənin çempionatında çıxışına səbəb bu ilin aprelində İrəvanda keçirilən Avropa çempionatında məlum səbəblərdən iştirak edə bilməməsidir. Tunisdə təşkil olunan yarış da “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır və Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən Azərbaycan komandasına alternativ imkan kimi bu turnirdə qüvvəsini sınamaq təklif olunub. Azərbaycan Ağır Atletika Federasiyası bu təklifi qəbul edib. İrəvanda yarışa bilməyən idmançılarımız Tunisdə körpücük üzərinə çıxacaq və əldə etdikləri nəticələr Olimpiya təsnifat sistemində qeydə alınacaqdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“40-50 min üzvünün olduğunu deyən partiya bu gün imza toplayır”

El arasında “daban tikanı” adlandırılan XƏSTƏLİK

75 yaşında qeydiyyatı ləğv olunur... pensiya ala bilmir... əlillik ala bilmir...

105 yaşlı Cümhuriyyət – MÜSAHİBƏ

Diplomatik, iqtisadi inkişafın dili ilə öturdüyümüz MESAJLAR

“Bu dövlətlərlə iqtisadi əlaqələrimizi bundan sonra da inkişaf etdirməliyik”

Bu xəstəlikdən əziyyət çəkənlər üçün yerimək çox faydalıdır

“Həm NATO, həm də dünyanın ən aparıcı standartlarına uyğun olan ordumuz var”

Laçında laçınlıların prezidentlə yaşadığı tarixi an

Prezidentin Litva səfərinin izi ilə...

“Bax budur Azərbaycanın dəmir yumruğu”

MCP-nin rayon şöbələri toplaşdı

MHB sədri Rusiya səfirinə müraciət edib

Riyaz Sarıkahyadan 28 may Respublika günü ilə bağlı TƏBRİK

Divarda qorxulu tablo aşkarladı