Paşinyan razılıq verdi


Üçtərəfli görüş mayın 25-də baş tutacaq
Ermənistan tərəfi Moskvada Rusiya prezident Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə üçtərəfli görüşə razılıq verib.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bəyan edib.
Onun sözlərinə görə, Rusiya tərəfdən müvafiq təklif daxil olub və Ermənistan bunu qəbul edib.
Görüş mayın 25-nə təyin edilib.
Qeyd edək ki, mayın 19-da Moskvada xarici işlər nazirləri səviyyəsində üçtərəfli danışıqların keçirilməsi planlaşdırılır.
Xəbər lenti

Ayaq və qollarda keyləşmə hansı xəstəliyin əlamətidir?
Damar tıxanıqlığı tez-tez şəkər xəstələrində müşahidə edilir