Moskvanı su basdı

10:20 26-05-2023 | icon 157 | Dünya
Moskvanı su basdı

Rusiya paytaxtı Moskvada güclü yağış səbəbindən bir neçə rayonda yolları və Yeni Moskvada çoxmərtəbəli binanı su basıb.

 

Bu barədə hadisə şahidləri sosial şəbəkələrdə məlumat veriblər.

 

Qeyd olunub ki, evlərdən birində su birbaşa elektrik şkafından axır və lifti su basıb. Küçələrdə və yollarda böyük gölməçələr əmələ gəlib. Həyətlərdə park edilmiş avtomobillər su altında qalıb, magistral yolda maşınlar sanki üzür. 

 

“Budur, onlar üzür. Moskvada yağış yağır”, - deyə videolardan birinin müəllifi şərh edib.

 

Əlverişsiz hava şəraiti nəticəsində yollarda tıxac yaranıb. Həmçinin şəhər çıxışındakı yollarda da nəqliyyatın hərəkəti çətinləşib.

 

Paytaxtda güclü yağış və ildırımla əlaqədar “sarı” hava xəbərdarlığı elan edilib və xəbərdarlığın saat 21:00-dək qüvvədə olacağı bildirilib. Fövqəladə Hallar Nazirliyi paytaxt sakinlərini diqqətli olmağa çağırıb.

 

Paytaxtın nəqliyyat və yol-nəqliyyat infrastrukturunun inkişafı idarəsi də öz növbəsində sürücülərdən məsafəni saxlamalarını, qəfil manevrlərdən çəkinmələrini və avtomobil idarə edərkən diqqətlərini telefonla yayındırmamalarını xahiş edib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"58 ildir bu işlə belə eşqlə məşğul oluram"

“2023-cü ildən sonra o cür seriyalı danışıqlara qatılmayacağıq”

"Azərbaycan-İsrail münasibətlərinin dərin tarixi var"

“Prezident Laçından bütün suallara aydınlıq gətirdi”

Laçında laçınlıların prezidentlə yaşadığı tarixi an

Bu xəstəlikdən əziyyət çəkənlər üçün yerimək çox faydalıdır

"Əlaqələr dövlətlərin maraqları çərçivəsində daha da inkşaf edir"

Laçından Moskva və Kişinyov görüşü necə görünür?

Müstəqil Həmkarlar bunu uşaqlar üçün etdilər

“Laçın şəhərində lazımi mesajlar verildi”

“Prezident Azərbaycan reallıqlarını DÜNYANIN BEYNİnə həkk edir”

"Əməkdaşlıq imkanları kifayət qədərdir"

"Bu əməkdaşlıq bütövlükdə Qafqaz və Yaxın Şərq üçün yeni imkanlar açır"

"İki ölkə arasında əlaqələr daha da şaxələnir"

Azərbaycanın xarici siyasətinin mühüm əhəmiyyəti