Mənəvi-psixoloji hazırlığı olan ordular

17:05 24-05-2023 | icon 86 | Siyasət
Mənəvi-psixoloji hazırlığı olan ordular

Emin Həsənli: “Azərbaycan, Türkiyə orduları mənəvi-psixoloji hazırlığa görə dünyanın ilk yerlərini bölüşür”

 

“Orduların gücü ilə bağlı ABŞ-da hazırlanan siyahının tərtib edilməsində müxtəlif amillər var. Burada ordunun maddi-texniki bazası, təhcizatı, gücü, sayı, təlimlər və sair amillər mühüm rol oynayır. Hesab edirəm ki, Azərbaycan ordusu təkcə bir amilə görə Türkiyə ilə bilikdə dünyanın ən güclü ordusudur. Bu, mənəvi-psixoloji hazırlıqla bağlıdır”.

 

Versus.Az xəbər verir ki, bunu hərbi ekspert Emin Həsənli ABŞ-ın statistik saytı “Global Firepower”-in 2023-cü ildə ən yüksək hərbi gücə malik ölkələrin siyahısında Azərbaycan Ordusunun 56-cı yerdə olması ilə bağlı açıqlamasında bildirib.

 

E.Həsənli qeyd edib ki, II Qarabağ müharibəsi bitəndən sonra yeni hərbi hissələrin yaradılması, yenidən qurulan ərazilərdə hərbi infrastrukturun, yeni silahların alınması, yeni komando birliklərinin yaradılması peşəkar orduya keçid baxımından əhəmiyyətlidir. Onun sözlərinə görə, hərbi qulluqçuların əmək haqlarının artırılması, hərbi-texniki təhcizatın yüksəlmsi, müasir  silahların alınması, yeni hərbi hissələr, xəstəxanaların tikilməsi vəsait tələb edir ki, bu da eyni zamanda büdcə artımını tələb edir:

 

“Hər bir müstəqil, güclü dövlət üçün ordu mühüm əhəmiyyət daşıyır və ona görə də Azərbaycan döbləti hər il orduya ayırdığı büdcəni artırır”.

 

E.Həsənli bildirib ki, Ordumuzun güclü olması hər zaman vacibdir. ABŞ-ın ölkələrin hərbi gücünün statistik qiymətləndirməsi ilə bağlı tərtib etdiyi siyahıdan, eləcə də istər ABŞ, istər Rusiya, Çin, Böyük Britaniyanın və ayrı- ayrı ekspertlətin açıqlamasına əsasən Azərbaycan ordusu hər il irəlidədir:

 

“Azərbaycan əsgəri vətən uğrunda öldürməyi və ölməyi bacarır. I-II Qarabağ müharibəsi bunu sübut etdi. Verdiyimiz şəhidlər, qazilərimiz bizim canlı muzeyimizdir, Allah hər birinə rəhmət eləsin. Nə ABŞ-ın, nə İngiltərənin belə bir ordusu yoxdur.  Rusiaynın belə ordusu yoxdur. Ukrayna ilə müharibədə rus əsgərinin döyüşdən necə yayındıların gördük. İraq müharibəsində bir kolanın çatmadğına görə döyüşə getməyən əsgərlər var idi. Bu faktlar hamısı o güclü dövlətlərin ordusunun Azərbaycanla müqayisəyə gəlmədiyini göstərir. Azərbaycan, Türkiyə orduları mənəvi-psixoloji hazırlığa görə dünyanın ilk yerlərini bölüşür. Orduda ən vacib amil insan amili, döyüşçünün vətənə bağlığığı, döyüş ruhudur. İkinci və daha sonrakı amillər silah-sursatla təhcizat və sair məsələlərdir. Azərbaycan əsgərində inam var, ruh var, ölümün gözünə dik baxır. Mübahiz İbrahimov kimi yüzlərlə, minlərlə şəhidlər verdik. Biz ordumuzla qürur duyuruq və dünya orduları sırasında özünəməxsus yeri var”.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

 Pensiya yaşı dəyişdiriləcəkmi?

Pensiyalarla bağlı bu şəxslər də SEVİNƏCƏKLƏR

“2023-cü ildən sonra o cür seriyalı danışıqlara qatılmayacağıq”

“Ermənistan Espo Konvensiyanı kobud şəkildə pozur”

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin FIRILDAQLARI

Zavod, yoxsa Zəngəzur yolunun üzərində tikilən “divar”?

TƏCİLİ: Böyrəyində problemi olanlar bunu oxusun

“Qərar ver, qol vur: Futbol meydanından ofislərə idarəçilik və liderlik dərsləri”

“Bu gün əldə olunan uğurlarımızla öyünə bilirik”

Erməni həyasızlığının pik nöqtəsi

Yataqxanada olan ailələri məcburi köçürürlər?

Laçına növbəti KÖÇ HAZIRLIĞI

"Qayıdışı könüllü həyata keçirilir və keçiriləcək"

Azərbaycanda üç “goreşən” saxlanıldı

“CinemaPlus” aztəminatlı ailələrin övladlarını sevindirib