Deputat tələbələrlə görüşdə gəncliyə çağırış etdi

12:54 14-02-2019 | icon 234 | Cəmiyyət
Deputat tələbələrlə görüşdə gəncliyə çağırış etdi

Qənirə Paşayeva: “Savadlı cəmiyyət savadlı anadan keçir”

 

 

Millət vəkili Qənirə Paşayeva Avropa Gənclər Parlamenti Azərbaycan İctimai Birliyinin 5-ci Universitet Sessiyası çərçivəsində keçirilən Qadın Liderliyinin Gücləndirilməsi və Şəxsiyyətin Sosial İnkişafı mövzusuna həsr olunmuş tədbirlər çərçivəsində ADA universitetində gənclərlə görüşüb.

 

Versus.Az-ın məlumatına görə, millət vəkili geniş məruzə ilə çıxış edərək bir çox vacib məqamlara toxunub.

 

Qənirə Paşayeva çıxışında bildirib ki, hansı ölkələrdə qadınların dövlətin və cəmiyyətin idarə olunmasından başlayaraq həyatın bütün sahələrində kişilərlə bərabərliyinin təmin olunması istiqamətində ciddi işlər görülürsə, orada daha çox uğurlar var:

 

“Qadınlara qarşı ayrı-seçkiliyin olduğu, qadınlara qarşı zorakılığın geniş yayıldığı, gender bərabərliyinin təmin olunması istiqamətində fəal iş aparılmayan ölkə və cəmiyyətlər uğursuzluğa düçardır. Qadın haqlarının müdafiəsi, gender bərabərliyi, qızların təhsili, qadına qarşı zorakılıqla mübarizə istiqamətində uğurların əldə edilməsində dövlət siyasətinin önəmli yer tutması vacibdir”.

 

Millət vəkili Azərbaycanda bu istiqamətdə həyata keçirilən dövlət siyasəti, əldə edilən uğurlar və həllini gözləyən problemlər barədə ətraflı məlumatlar verib. O deyib ki, gender bərabərliyi, qadınların dövlətin və cəmiyyətin idarə olunmasında rolunun artırılması, qadınların cəmiyyətin bütün sahələrində, o cümlədən biznesdə də rolunun genişləndirilməsinə dəstək, qadınlara qarşı bütün növ zorakılıq hallarına qarşı kəskin mübarizənin aparılması Azərbaycan dövlətinin prioritetləri sırasındadır:

 

“Gender bərabərliyi məsələsinə diqqətimizi daha da artırmalıyıq. Ailələrdən, məktəblərdən uşaqları bu istiqamətdə maarifləndirməyə, öyrətməyə, tərbiyə etməyə başlamalıyıq. Dövlət qurumları, qeyri-hökumət təşkilatları, mətbuat və media bu sahəyə daha çox həssaslıqla yanaşmalı, daha ciddi mövqe tutmalı və böyük maarifləndirmə işlərinin aparılmasına geniş dəstək verməlidir. Bir sözlə, biz hamımız, hər birimiz öz gündəlik həyatımızda bu məsələyə ciddi önəm verməliyik”.

 

Toplumun və dünyanın inkişafı qadınların təhsilindən və inkişafından keçdiyini vurğulayan millət vəkili bildirib ki, zorakılığa məruz qalan qadınların əksəriyyətini təhsilsiz, işsiz qadınlar təşkil edir:

 

“Unutmamalıyıq ki, zorakılığa məruz qalan qadınlar arasında savadsız, təhsilsiz, heç bir peşənin sahibi olmayan, iqtisadi baxımdan özünü idarə edə bilməyənlər, öz hüquqlarını bilməyən qadınlar əksəriyyət təşkil edir, savadlı cəmiyyət savadlı anadan keçir”.

 

Bizim üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz deyən Q.Paşayeva ölkəmizin daha da inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələr barədə də geniş fikirlərini söyləyib. Erməni diasporu, lobbisi və dəstəkçilərinin Azərbaycan əleyhinə təbliğat apardığını deyən millət vəkili bütün gəncləri duyarlı olmağa, yalanlara qarşı, Azərbaycan əleyhinə təbliğat aparanlara qarşı ciddi mübarizəyə səsləyib.

 

Millət vəkili gəncləri həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə də çağırıb:

 

“Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır”.

 

Q.Paşayeva gəncləri daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb. “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir” deyən millət vəkili bildirib ki, bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar. Qənirə Paşayeva onlara özəlliklə tariximizlə bağlı kitabları və Azərbaycan ədəbiyyatını daha geniş mütaliə etməyə səsləyib. Millət vəkili bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir insan öz ölkəsinin və millətinin tarixini də dərindən bilməlidir.

 

Millət vəkili Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi soyqırımlar, vandalizm aktları, beynəlxalq təşkilatların ikili standartları ilə bağlı da gənclərin suallarını geniş cavablandırıb. Azərbaycanın işğal altında olan əraziləri barədə də danışan millət vəkili Q.Paşayeva biz hamımız dünyanın harasında yaşamağımızdan asılı olmayaraq ordumuzun könüllü əsgəriyik və olmalıyıq deyib.

 

Q.Paşayeva eyni zamanda tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb və kitablarını hədiyyə edib.

 

Versus.Az

Xəbər lenti

Ölkənin firəvanlığını, gələcəyinı qurban verməyə hazır olanlar...

Əli Əhmədov: "Elələri milli qüvvələrin sərt təpkisinə tuş gəlməlidirlər"

Jurnalistin qardaşının evi yenə qarət edildi

Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb

Taxıl sahəsində başlayan yanğın alma bağlarına keçib

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

19 yerdə məktəb yarmarkası fəaliyyətə başlayıb

Nazir Türkiyə tərəfinə təşəkkür edib

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

Qənirə Paşayeva Ümumdünya Qadın Sammitinin prezidenti ilə görüşüb

Deputat Qusarda sərhəd mühafizəçiləri ilə görüşüb

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

AXH Qurultaya hazırlaşır

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri ilə görüşüb

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

“Qocalmadan problemi həll etmək istəyirsinizsə, mənim hakimiyyətə gəlməyimə sizlər də yardımçı olun” - MÜSAHİBƏ-3

MÜBARİZ MƏNSİMOVUN SUÇU

 

 

“Bu, düz bağırsaqda bədxassəli şişin yaranma riskini 9 % artırır”

Restoran və kafelərdə siqaret çəkənlərə ağlasığmaz CƏRİMƏ

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi yekunlaşıb

AXH Qurultaya hazırlaşır

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

5 addımda arıqlama

Kənddə qulyabani ovu: həmin “naməlum varlıq” bu dəfə Çiyni sakinlərini “təqib edir” - FOTO

Ermənilər mövqelərimizi atəşə tutdu

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Azərbaycanın hərbi qulluqçuları Moskvada mükafatlandırılıb

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri ilə görüşüb

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi