Bu gün Avropanın YAŞIL MEYDANLARINDA


Bu gün Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol oyunları baş tutacaq.
İngiltərə Premyer Liqasında mövsümə heç-heçə ilə başlayan “Liverpul” II turda ilk qələbəsini qazanmağa çalışacaq. Komanda saat 18:00-da (bütün oyunların saatı Bakı vaxtı ilə göstərilib - red.) başlayacaq görüşdə “Bornmut”un müqavimətini qırmağa çalışacaq.
Premyer Liqada günün digər matçları daha böyük mübarizə vəd edir. Saat 20:30-da “Mançester Yunayted” “Tottenhem”in qonağı olacaq. Günün son oyunu “Mançester Siti” və “Nyukasl” arasında baş tutacaq. Bu görüşün start fiti saat 23:00-da səslənəcək.
Fransa Liqa 1-də mövsümə heç-heçə ilə başlayan son çempion PSJ “Tuluza”nın qonağı olacaq. Görüş sat 23:00-da başlayacaq.
Almaniya Bundesliqasında ötən mövsüm çempionluğu son anda əldən verən “Borussiya” (Dortmund) ilk matçını evdə “Köln”ə qarşı keçirəcək. Oyunun start fiti saat 20:30-da səslənəcək.
Bu gün İtaliya A Seriyasında yeni mövsümə start veriləcək. Son çempion “Napoli” saat 20:30-da “Frozinone”nin qonağı olacaq. Günün digər maraq doğuran oyununda isə “İnter” “Monza”nı sınağa çəkəcək.
İspaniya La Liqasında “Real Madrid” “Almeriya”nın qonağı olacaq. Matçın start fiti saat 21:30-da səslənəcək.
Türkiyə Super Liqasında turun mərkəzi oyununda son çempion “Qalatasaray”la “Trabzonspor” münasibətlərinə aydınlıq gətirəcəklər. Oyun saat 22:45-də başlayacaq.
İngiltərə Premyer Liqası
18:00. “Liverpul” - “Bornmut”
20:30. “Tottenhem” - “Mançester Yenayted”
23:00. “Mançester Siti” - “Nyukasl”
Fransa Liqa 1
23:00. “Tuluza - PSJ
Almaniya Bundesliqası
20:30. “Borussiya” (Dortmund) - “Köln”
İtaliya A Seriyası
20:30. “Frozinone” - “Napoli”
22:45. “İnter” - “Monza”
İspaniya La Liqası
21:30. “Almeriya” - “Real Madrid”
Türkiyə Super Liqası
22:45. “Qalatasaray” - “Trabzonspor”
Xəbər lenti

Riyaz Sarıkahyadan Nəsir Məmmədova TƏBRİK
"Səfirin yeni fəaliyyətinin uğurlu olacağına inanıram"