Binaların zəlzələyə davam gətirməsi üçün YENİLİK

09:24 22-08-2023 | icon 170 | Sosial
Binaların zəlzələyə davam gətirməsi üçün YENİLİK

Betonun kefiyyətli olub-olmadığını yoxlamaq üçün Elektron Beton Monitorinq Sistemi yaradılacaq.

 

Xezerxeber.az xəbər verir ki, bu məqsədlə Azərbaycan və Türkiyə arasında əməkdaşlıq haqqında protokol imzalanıb. Bu sistem Türkiyədə zəlzələlərdən sonra əldə edilmiş təcrübələrlə texnoloji inkişafı uyğunlaşdırmaq, mümkün problemləri əvvəlcədən aradan qaldırmaq, daha effektiv və səmərəli yoxlamanı təmin etmək məqsədi ilə yaradılıb.

 

“Bu sistem ölkəmizdə tətbiq edilərsə, effektli olacaqmı?”

 

İnşaat sahəsi üzrə ekspert Elnur Azadov deyir ki, Azərbaycanda bəzi zavodlar sovet dövründən qalıb. Bu amil istehsal edilən betonun keyfiyyətində özünü göstərə bilər.

 

Elektron Beton Monitorinq Sistemi vasitəsilə nümunələrin hansı konsturuksiyadan, hansı betonqarışdıran maşından götürüldüyü yoxlanır. Nümunələr müvafiq standartda göstərilən müddətdə tikinti sahəsində və qurutma hovuzunda saxlanır, heç bir müdaxilə olmadan onlayn rejimdə nazirlik sisteminə ötürülməsi təmin edilir.

 

Türkiyədə bu sistem 2018-ci ildən tətbiq olunur. Bu il avqustun 14-nə qədər ölkə daxilində 381 min 376 binadan çip beton nümunəsi götürülüb.

 

Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycan bayrağı Xankəndi üzərində mütləq dalğalanacaq”

Paşinyanın bəhanələri birdəfəlik bitdi

24 saatın NƏTİCƏLƏRİ

“Prezidentin DƏMİR YUMRUĞunun bir parçasıyıq”

Ulu Öndərimiz Heydər Əliyev və Türk Birliyi

Parlamentdə YENİLİK

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın NÖVBƏTİ İCLASINDA

İlhan Doğan’ın hayatı film oldu

“Cənubi Qafqazda sülhün təminatçısı Azərbaycandır”

Ermənilərin Şuşanın girişində quraşdırdıqları tank

“Şəhidlərimizə borcumuz əbədidir”

“İrəvanda Rusiyadan uzaqlaşma kursu davam edəcək”

"200 illik bir düyünün əsas hissəsini çözə bildik"

Qarabağdakı erməniəsillilərdən Azərbaycan vətəndaşlığı üçün MÜRACİƏT

27 sentyabr tarixi və Azərbaycanın qarşısında açılan QAPI