Konsertləri ləğv edildi

09:26 22-08-2023 | icon 220 | Şou-biznes
Konsertləri ləğv edildi

Güclü səsi ilə seçilən məşhur türkiyəli müğənni Merve Özbey xəstəxanaya yerləşdirilib.

 

35 yaşlı müğənninin sağlamlığında əməliyyatdan sonra problemlər yarandığı məlum olub və müalicəsinə başlanılıb.

 

Merve Özbeyin bu səbəbdən eyni zamanda yeddi konserti birdən ləğv edilib.

 

Müğənni bununla bağlı sosial şəbəkədə paylaşım edib.

 

“Bir müddət əvvəl keçirdiyim əməliyyatdan sonra bəzi fəsadlar yarandı. Xəstəxanada davam edən müalicə prosesi və həkimlərin məsləhətinə görə təəssüflə avqustun 30-na kimi konsertlərimi təxirə salmalı oldum. Sağlam günlərdə yenidən görüşmək və birlikdə mahnılar oxumaq diləyi ilə…”, - deyə o bildirib.

 

Qeyd edək ki, Merve Özbey son zamanlar çox dinlənilən və sevilən “Yaramızda kalsın”, həmçinin “Yaş hikayesi”, “Sahi”, “Yerle-yeksan”, “Topsuz tüfeksiz”, “Vuracak”, “Ayrılığın acısı” kimi mahnıların ifaçısıdır.  

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycan bayrağı Xankəndi üzərində mütləq dalğalanacaq”

Paşinyanın bəhanələri birdəfəlik bitdi

“Prezidentin DƏMİR YUMRUĞunun bir parçasıyıq”

Ulu Öndərimiz Heydər Əliyev və Türk Birliyi

Parlamentdə YENİLİK

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın NÖVBƏTİ İCLASINDA

İlhan Doğan’ın hayatı film oldu

“Cənubi Qafqazda sülhün təminatçısı Azərbaycandır”

Ermənilərin Şuşanın girişində quraşdırdıqları tank

“Şəhidlərimizə borcumuz əbədidir”

“İrəvanda Rusiyadan uzaqlaşma kursu davam edəcək”

"200 illik bir düyünün əsas hissəsini çözə bildik"

Qarabağdakı erməniəsillilərdən Azərbaycan vətəndaşlığı üçün MÜRACİƏT

27 sentyabr tarixi və Azərbaycanın qarşısında açılan QAPI

İsveçrədə niqab QADAĞASI