Dünyada dizel qıtlığı yaranıb

09:28 22-08-2023 | icon 167 | İqtisadiyyat
Dünyada dizel qıtlığı yaranıb

Azərbaycanda yanacağın qiymətinə təsir edə bilərmi?

 

Dünyada dizel yanacağı ilə bağlı ciddi qıtlıq yaşanır. Hazırkı ehtiyatların qış aylarında iqtisadiyyatın tələbatını ödəməyəcəyi bildirilir.

 

Təchizatla bağlı yaşanacaq hər hansı problem və ya dizel yanacağına tələbin gözlənilməz artımı enerji məhsulunun qiymətini kəskin artıra bilər. Neft emalı zavodlarının istehsalı azaltması da vəziyyəti bir qədər çətinləşdirib.

 

İqtisadçı ekspert Xalid Kərimli deyir ki, mövcud vəziyyətdə Azərbaycanda dizelin qiymətinin bahalaşacağı inandırıcı görünmür.

 

Onun sözlərinə görə, istehsalatda və yükdaşımada mühüm rol oynayan bu yanacağın qiyməti  dövlət tərəfindən tənzimlənir.

 

Ekspert bildirib ki, ölkədə kifayət qədər dizel yanacağının istehsal olunması da qiymətləri sabit saxlamağa kömək edə bilər.

 

Qeyd edək ki, hazırda ölkədə dizel yancağının bir litri 80 qəpiyə satılır.

 

Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycan bayrağı Xankəndi üzərində mütləq dalğalanacaq”

Paşinyanın bəhanələri birdəfəlik bitdi

“Prezidentin DƏMİR YUMRUĞunun bir parçasıyıq”

Ulu Öndərimiz Heydər Əliyev və Türk Birliyi

Parlamentdə YENİLİK

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın NÖVBƏTİ İCLASINDA

İlhan Doğan’ın hayatı film oldu

“Cənubi Qafqazda sülhün təminatçısı Azərbaycandır”

Ermənilərin Şuşanın girişində quraşdırdıqları tank

“Şəhidlərimizə borcumuz əbədidir”

“İrəvanda Rusiyadan uzaqlaşma kursu davam edəcək”

"200 illik bir düyünün əsas hissəsini çözə bildik"

Qarabağdakı erməniəsillilərdən Azərbaycan vətəndaşlığı üçün MÜRACİƏT

27 sentyabr tarixi və Azərbaycanın qarşısında açılan QAPI

İsveçrədə niqab QADAĞASI