Qeydiyyat nişanının dəyişdirilməsinin QİYMƏTİ

09:38 23-08-2023 | icon 164 | İqtisadiyyat
Qeydiyyat nişanının dəyişdirilməsinin QİYMƏTİ

Avtomobillərin dövlət qeydiyyat nişanı yararsız hala düşdükdə onun yenisi ilə dəyişdirilməsinin 30 manatdan çox olduğu barədə xəbərlər yayılıb.

 

Xezerxeber.az xəbər verir ki, dövlət rüsumu 30 manat olduğu halda, sürücülər 50 manat verdiklərini iddia edirlər.

 

Söhbət avtomobilin dövlət qeydiyyat nişanının dəyişdirilməsinin rüsumundan gedir.

 

Bu xəbərdən sonra, avtomobilin dövlət qeydiyyat nişanı yararsız hala düşdükdə onun yenisi ilə dəyişdirilməsi üçün rüsumun artırılması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayıldı və xeyli də müzakirələrə səbəb oldu. Hətta sürücülər arasında çaşqınlıq yarandı. 

 

Bu gün təkrar olaraq Baş Dövlət Yol Polisi İdarəsinin qeydiyyat, imtahan mərkəzinin qarşısına gedib, nömrəsini yeniləyən sürücülərin fikirlərini öyrəndik.

 

“Dövlət rüsumu 30 manat olduğu halda niyə sürücülərdən artıq ödəniş tələb edilir?”

 

“Xəzər Xəbər” Sualı Baş Dövlət Yol Polisi İdarəsinə ünvanlayıb.”

 

İdarənin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla əlaqə Şöbəsinin inspektoru Elvin Hacıyev sürücülərin iddiaları ilə bağlı bildirir  ki, bu, yanlış məlumatdır.  O qeyd etdi ki, müvafiq qanuna əsasən, avtonəqliyyat vasitələri üçün mövcud dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə rüsum 30 manatdır.

 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycan bayrağı Xankəndi üzərində mütləq dalğalanacaq”

Paşinyanın bəhanələri birdəfəlik bitdi

“Prezidentin DƏMİR YUMRUĞunun bir parçasıyıq”

Ulu Öndərimiz Heydər Əliyev və Türk Birliyi

Parlamentdə YENİLİK

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın NÖVBƏTİ İCLASINDA

İlhan Doğan’ın hayatı film oldu

“Cənubi Qafqazda sülhün təminatçısı Azərbaycandır”

Ermənilərin Şuşanın girişində quraşdırdıqları tank

“Şəhidlərimizə borcumuz əbədidir”

“İrəvanda Rusiyadan uzaqlaşma kursu davam edəcək”

"200 illik bir düyünün əsas hissəsini çözə bildik"

Qarabağdakı erməniəsillilərdən Azərbaycan vətəndaşlığı üçün MÜRACİƏT

27 sentyabr tarixi və Azərbaycanın qarşısında açılan QAPI

İsveçrədə niqab QADAĞASI