Yeni tədris ilində Şuşa, Laçın və Füzulidə dörd məktəb AÇILACAQ

18:30 23-08-2023 | icon 178 | Təhsil
Yeni tədris ilində Şuşa, Laçın və Füzulidə dörd məktəb AÇILACAQ

İşgaldan azad edilmiş ərazilərdə yeni tədris ilində dörd məktəb açılacaq.

 

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Bunlardan biri Füzuli şəhər 1 nömrəli tam orta məktəbidir. Burada 349 şagird təhsil alacaq.

 

Şuşa şəhəri 1 nömrəli tam orta məktəb də yeni tədris ilində fəaliyyətə başlayacaq. Bu təhsil ocağında 314 məktəbli oxuyacaq.

 

Laçında isə iki məktəbin açılması nəzərdə tutulub - Laçın şəhər 2 nömrəli tam orta məktəb və Laçın şəhəri Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəbi.

 

2 nömrəli məktəbdə 227 şagird təhsil alacaq. Zabux kənd məktəbində isə 147 şagird oxuyacaq.

 

Qeyd edək ki, Laçın rayonunun Sus kəndində məktəb tikintisinə başlanılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycan bayrağı Xankəndi üzərində mütləq dalğalanacaq”

Paşinyanın bəhanələri birdəfəlik bitdi

“Prezidentin DƏMİR YUMRUĞunun bir parçasıyıq”

Ulu Öndərimiz Heydər Əliyev və Türk Birliyi

Parlamentdə YENİLİK

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın NÖVBƏTİ İCLASINDA

İlhan Doğan’ın hayatı film oldu

“Cənubi Qafqazda sülhün təminatçısı Azərbaycandır”

Ermənilərin Şuşanın girişində quraşdırdıqları tank

“Şəhidlərimizə borcumuz əbədidir”

“İrəvanda Rusiyadan uzaqlaşma kursu davam edəcək”

"200 illik bir düyünün əsas hissəsini çözə bildik"

Qarabağdakı erməniəsillilərdən Azərbaycan vətəndaşlığı üçün MÜRACİƏT

27 sentyabr tarixi və Azərbaycanın qarşısında açılan QAPI

İsveçrədə niqab QADAĞASI