Uşaqlarda qidalanma pozğunluğunun səbəbləri

14:48 24-08-2023 | icon 218 | Sağlamlıq
Uşaqlarda qidalanma pozğunluğunun səbəbləri

“Qida vərdişləri uşaqlarda hələ körpəlikdən formalaşır. Buna valideynlərin onlar üçün seçdiyi qida təsir edir”.

 

Bu barədə rusiyalı nutrisioloq və tibbi psixoloq İrina Mansurova uşaqlarda qidalanma pozğunluğunun səbəbləri barədə danışarkən bildirib.

 

O qeyd edib ki, uşaqların qidalanmasının təşkilinə yanlış yanaşma onların qida davranışına mənfi təsir göstərə bilər və hətta qidalanma pozğunluqlarına səbəb ola bilər.

 

Belə ki, körpəlikdə, xüsusilə də həddən artıq qorumağa meyilli olan narahat analar, uşağı əmizdirərək sakitləşdirməyə çalışırlar.

 

 “Qışqıran kimi ona yemək təklif edirlər və bu da hər gün təkrarlanır. Belə hallarda uşaqda qidalanma rejimi olmur. Onda şüur altı səviyyədə stressli vəziyyətləri “yeyib ötüşdürmək” vərdişi formalaşır” – deyə, nutrisioloq bildirib.

 

Bundan əlavə, valideynlər uşaqları şirniyyatlarla həvəsləndirməməli və mükafatlandırmamalıdırlar. Mansurovanın sözlərinə görə, bu həmçinin qida vərdişlərini təhrif edir. Daha sonra belə insanlar sakitləşmək, emosional və psixoloji narahatlığı doldurmaq üçün şirniyyat yeyirlər.

 

 “Bəzi insanlar qidanın köməyi ilə daxili boşluğu dolduraraq, təhlükəsizlik, sevgi və məmnunluq hisslərini yaşamağa, bəziləri isə bu yolla mənfi emosiya və hissləri boğmağa çalışırlar. Problemlər o zaman başlayır ki, insanlar dəstəyi öz daxilində axtarmaq əvəzinə, onu yeməkdə və onunla əlaqəli hər şeydə tapmağa öyrəşirlər” – deyə, nutrisioloq əlavə edib.

 

Mütəxəssis vurğulayıb ki, qidalanma pozuntularına qalib gəlmək üçün onun əsas səbəbi ilə mübarizə aparmaq, həmçinin daxili psixoloji dəstək yaratmaq lazımdır.

 

Daha əvvəl psixoloq qeyd edib ki, qidalanma pozğunluqları çəki artımının ən çox rast gəlinən səbəbidir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycan bayrağı Xankəndi üzərində mütləq dalğalanacaq”

Paşinyanın bəhanələri birdəfəlik bitdi

Ulu Öndərimiz Heydər Əliyev və Türk Birliyi

“Cənubi Qafqazda sülhün təminatçısı Azərbaycandır”

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın NÖVBƏTİ İCLASINDA

“Şəhidlərimizə borcumuz əbədidir”

“İrəvanda Rusiyadan uzaqlaşma kursu davam edəcək”

"200 illik bir düyünün əsas hissəsini çözə bildik"

Qarabağdakı erməniəsillilərdən Azərbaycan vətəndaşlığı üçün MÜRACİƏT

27 sentyabr tarixi və Azərbaycanın qarşısında açılan QAPI

ABŞ-dan Qarabağ erməniləri üçün absurd QARANTİYA İSTƏYİ

Qarabağdakı separatçıların tərkisilah edilməsinə BAŞLANILDI

Fransanın, Ermənistanın növbəti UĞURSUZLUĞU

"Azərbaycanı hədələməyin başqa bir adı yoxdur”

"27 sentyabrda müharibənin başlanma şəraitini özü yaratdı"