Azərbaycan ərazisində kimlər yaşaya bilər?

15:01 24-08-2023 | icon 124 | Siyasət
Azərbaycan ərazisində kimlər yaşaya bilər?

Qulamhüseyn Əlibəyli: “Xankəndini tərk etmələri prosesin başlanmasının göstəricisidir”

 

“Rusiya vətəndaşı olan şəxslərin Xankəndini tərk edərək Ermənistana keçmələri barədə müxtəlif versiyalar ola bilər. Gedənlərin əksəriyyətini çox güman ki, Xankəndidə "ruc icması”nın üzvləri kimi təqdim edilən və rus hərbi kontingenti əraziyə nəzarətə başladıqdan sonra Rusiya vətəndaşlığı verilən seperatçı ermənilərdir”.

 

Bunu Versus.az-a BDU-nun baş müəllimi, hüquqşünas Qulamhüseyn Əlibəyli erməni əsilli Rusiya vətəndaşlarınn Laçın keçid məntəqəsindən könüllü keçidinin təmin edilməsi ilə bağlı beynəlxalq hüququn tələblərini açıqlayarkən bildirib.

 

Q.Əlibəyli qeyd edib ki, Rusiya həmin erməniləri "rus icması” kimi təqdim edir və onlardan Azərbaycan hakimiyyətinə təzyiq vasitəsi kimi istifadə etməyə çalışırdı. Ekspert burada daha uzaqgedən niyyətlərin olmasını da istisna etməyib.

 

Onun fikrincə, burada Ukraynadakı "Donbas”, "Dnestryanı” ssenarilərinin işə salınması niyyətləri də mümkün variantlardan biri hesab oluna bilər:

 

“Belə hesab oluna bilər ki, Rusiya hakimiyyəti bu planın mümkün omayacağını artıq başa düşərək öz vətəndaşları olan seperatçıları bölgədən çıxarmaq qərarına gəib. Azərbaycan hakimiyyəti dəfələrlə bildirib ki, suveren ərazimizdə etnik mənsubiyyətindən asılı olmayaraq yalnız Azərbaycanın Konstitusiyasına və  qanunlarına hörmət edən, vətəndaşlığı qəbul edən şəxslər yaşaya bilərlər. Həmin şəxslərin hüquqları, azadlıqları və qanunu maraqları digər Azərbaycan vətəndaşları kimi tam təmin olunacaq. Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyən şəxslər isə ərazimizi tərk edərək istədikləri ölkəyə gedə bilərlər”.

 

Q.Əlibəyli hesab edir ki, Rusiya vətəndaşı olan şəxslərin Xankəndini tərk edərək Ermənistana keçmələri artıq prosesin başlanmasının göstəricisidir:

 

“Azərbaycanda qalan, lakin ölkəmizin vətəndaşlığını qəbul etməyən ermənilər əcnəbi (və ya vətəndaşlığı olmayan şəxs -apatrid statusunda ola bilərlər. Bu halda onlar ölkəmizin ərazisində yaşamaq üçün Miqrasiya Məcəlləsi ilə müəyyən edilən qaydada icazə almalıdırlar”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycan bayrağı Xankəndi üzərində mütləq dalğalanacaq”

Paşinyanın bəhanələri birdəfəlik bitdi

Ulu Öndərimiz Heydər Əliyev və Türk Birliyi

“Cənubi Qafqazda sülhün təminatçısı Azərbaycandır”

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın NÖVBƏTİ İCLASINDA

“Şəhidlərimizə borcumuz əbədidir”

“İrəvanda Rusiyadan uzaqlaşma kursu davam edəcək”

"200 illik bir düyünün əsas hissəsini çözə bildik"

Qarabağdakı erməniəsillilərdən Azərbaycan vətəndaşlığı üçün MÜRACİƏT

27 sentyabr tarixi və Azərbaycanın qarşısında açılan QAPI

ABŞ-dan Qarabağ erməniləri üçün absurd QARANTİYA İSTƏYİ

Qarabağdakı separatçıların tərkisilah edilməsinə BAŞLANILDI

Fransanın, Ermənistanın növbəti UĞURSUZLUĞU

"Azərbaycanı hədələməyin başqa bir adı yoxdur”

"27 sentyabrda müharibənin başlanma şəraitini özü yaratdı"