Pulsuz ilik əməliyyatı üçün nə etməli?

13:03 26-08-2023 | icon 247 | Sağlamlıq
Pulsuz ilik əməliyyatı üçün nə etməli?

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə qaraciyər və böyrək transplantasiyasını, sümük iliyi və ya hematopoetik kök hüceyrələrin transplantasiyasını tələb edən tibbi xidmətlərin göstərilməsi şərtləri də daxil edilib.

 

Burada xüsusi diqqəti çəkən isə sümük iliyi transplantasiyasıdır. 

Bəs görəsən, bu əməliyyat üçün nələr tələb olunur, xəstələr hansı meyarlarla seçilirlər? 

 

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin adları, tarifləri, azadolma məbləği artıq təsdiq olunub:

 

“Nazirlər Kabinetinin 4 avqust 2023-cü il tarixli 263 nömrəli Qərarına əsasən, qaraciyər, böyrək, sümük iliyi və hematopoetik kök hüceyrələrin transplantasiyası tibbi göstərişi olan, müalicə protokolları və kliniki tövsiyələr əsasında diaqnozu təsdiqlənmiş sığortaolunanlara şamil edilir. Transplantasiya xidmətlərinin göstərilməsi “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanunun tələblərinə uyğun həyata keçirilir. 

 

Məlumat üçün bildirək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Xidmətlər Zərfi ilə təminata alınmış orqan transplantasiyası üzrə tibbi xidmətlərin maliyyələşməsi həyata keçirilir. Belə ki, həyata keçirilən əməliyyatlar üzrə tariflər müvafiq tibb müəssisəsinə ödənilir. “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin Siyahısı” ilə https://e-qanun.az/framework/48132  linkinə daxil olaraq tanış ola bilərsiniz. 

 

Nazirlər Kabinetinin 06 avqust 2022-ci il tarixli 288 nömrəli Qərarına əsasən, orqan donorluğu və transplantasiyanın təşkili və əlaqələndirilməsini həyata keçirən qurum Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi”dir. 

 

Koordinasiya Mərkəzi bu sahədə fəaliyyəti təşkil edir, əlaqələndirir, orqan donorluğu və transplantasiyasını həyata keçirən tibb müəssisələrinin işini koordinasiya edir, bu sahədə vahid uçot aparır və informasiya təminatını təşkil edir. Qurumun fəaliyyəti ilə ətraflı linkə keçid edərək tanış ola bilərsiniz: https://e-qanun.az/framework/51154 

 

Orqan transplantasiyası ilə bağlı ətraflı məlumat əldə etmək üçün Səhiyyə Nazirliyinə müraciət etməyinizi tövsiyə edirik”. /yenisabah/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

QİÇS-lə mübarizə: Müalicəyə erkən başlamaq və daim HƏKİM NƏZARƏTİ...

15 yaşlı şair-publisistin yetkin aləmi

“Şərq qadını” jurnalının 100 il bundan öncəki İLK NÜSXƏSİ

Fransanın məkri baş tutmadı

“Belə bir rayonu ləğv etmək qəbuledilməz idi”

Laçının işğaldan azad edilməsinin üçüncü ili

“Qarabağ Universiteti bölgənin mayakına çevrilə bilər”

Laçının işğaldan azad olunmasının 3-cü ildönümü ilə bağlı VİDEOÇARX

Mehin Hümbətova bu dəfə fərqli obrazda

"Bu, Qarabağımıza mütləq lazımdır"

"Bu üç ölkə bir yerdədirsə..."

Şuşada “Türkün ortaq süfrəsi” açıldı

Taksi sürücülərinin NƏZƏRİNƏ

Laçının işğaldan əvvəlki unikal kadrları

DİN rəsmisindən vətəndaşlara MÜRACİƏT