Yekaterinburq təxribatı nədən baş verdi?

18:43 30-08-2023 | icon 179 | Geopolitika
Yekaterinburq təxribatı nədən baş verdi?

Vüqar Dadaşov: “Yekaterinburqdakı təxribat Rusiyanın Qarabağda çarəsiz vəziyyətini sübut edən haldır”

 

Məlum olduğu kimi, 2023-cü il avqustun 7-də Rusiyanın Yekaterinburq şəhərində “Talış-Muğan Muxtar Respublikasının yaranmasının 30 illiyi” ilə bağlı tədbir keçirilib. Təşkil olunmuş tədbirdə Yekaterinburq Şəhər Dumasının sədri Iqor Volodinin iştirak etməsi sözsüz ki, rəsmi Rusiyanın mövqeyi kimi qiymətləndirilməlidir. Və görünən odur ki, Azərbaycan da Yekaterinburqda keçirilən tədbiri Azərbaycan dövlətinin ərazi bütövlüyü, suverenliyinə təhdid kimi qiymətləndirərək Rusiyaya nota ünvanlandırdı. Həmçinin digər diplomatik yollarla,  eləcə də Rusiyadakı Azərbaycan diaspor təşkilatları da yerli orqanlara öz etirazlarını bildirib.  Rusiya bu cür addımlarla nəyə nail olmağa çalışır?

 

Siyasi ekspert, hüquqşünas Vüqar Dadaşov Versus.az-a bildirib ki, Rusiyanın bu tip təxribatlarının mümkünlüyü gözlənilən idi. Onun fikrincə, bu günlərdə Xankəndidəki separatçı rejimin elan etdiyi "Lavrop planı" ümumən Azərbaycanda separatizmə rəvac verə biləcək  proseslərə işarə edirdi. 

 

Ekspert birmənalı olaraq qeyd edib ki, sözügedən Yekaterinburqdakı anti Azərbaycan tədbiri və "Lavrov planı" Rusiyanın Azərbaycanla, Qarabağla bağlı məqsədlərinin elementləridir:

 

“Rusiyada hazırki Ukrayna müharibəsi, eləcə də Putin rejiminin siyasi idarəçilik üsulu total nəzarət mexanizmi üzərindən həyata keçirildiyindən, Yekaterinburqda keçirilən tədbirin rəsmi Moskvanın icazəsinin olmadan keçirilməsi barədə fikirləri tam əsasız hala salır. Laçın yolu bağlandıqdan sonra Rusiyanın duşsiz vəziyətə düşməsunin sübutu kimi, əlbəttə ki, Rusiya Azərbaycana qarşı yeni təsir mexanizmlərini işə salıb. Yekaterinburqdakı təxribat sözsüz ki, Rusiyanın Qarabağda əlacsız, çarəsiz vəziyyətini sübut edən haldır və Azərbaycanın siyasi iradəsinə qarşı heç bir gücünün, təsirinin olmadığının göstəricisidir. Rusiya növbəti dəfə həmişəki kimi, öz imzasına xəyanət etdi”.

 

V.Dadaşov xatırladıb ki, Rusiyanın 22 fevral 2022-ci il Azərbaycan və Rusiya arasında müttəfiqlik bazasında razılaşmaya əməl etməməsi və separatizmi canlandırmağa çalışması birincisi öz nüfuzuna və mövqeyinə ağır zərbədir:

 

“Rusiya Azərbaycanının nə siyasi iradəsinə, nə də hərbi mövqeyinə təsir edə bilmir”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycan bayrağı Xankəndi üzərində mütləq dalğalanacaq”

Paşinyanın bəhanələri birdəfəlik bitdi

“Prezidentin DƏMİR YUMRUĞunun bir parçasıyıq”

Ulu Öndərimiz Heydər Əliyev və Türk Birliyi

Parlamentdə YENİLİK

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın NÖVBƏTİ İCLASINDA

İlhan Doğan’ın hayatı film oldu

“Cənubi Qafqazda sülhün təminatçısı Azərbaycandır”

Ermənilərin Şuşanın girişində quraşdırdıqları tank

“Şəhidlərimizə borcumuz əbədidir”

“İrəvanda Rusiyadan uzaqlaşma kursu davam edəcək”

"200 illik bir düyünün əsas hissəsini çözə bildik"

Qarabağdakı erməniəsillilərdən Azərbaycan vətəndaşlığı üçün MÜRACİƏT

27 sentyabr tarixi və Azərbaycanın qarşısında açılan QAPI

İsveçrədə niqab QADAĞASI