“Rusiya bu təxribatın təşkilatçılarını cəzalandırmalıdır”

18:51 30-08-2023 | icon 145 | Geopolitika
“Rusiya bu təxribatın təşkilatçılarını cəzalandırmalıdır”

Çingiz Qənizadə: "Bu, rəsmi Rusiya tərəfindən təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir” 

 

“Rəsmi Rusiya separatçı meyilli insan toplusunun Yekaterinburqda formalaşmasına, ölkəmizə qarşı bu cür separatçı tədbirlər keçirməsinə ciddi münasibət bildirməlidir.” 

 

Bunu Versus.az-a hüquq müdafiəçisi Çingiz Qənizadə Yekaterinburq şəhərində qondarma “Talış-Muğan Muxtar Respublikasının yaradılmasının 30 illiyi” nə həsr olunmuş qanunsuz tədbirin keçirilməsi və yerli duma sədrinin də həmin tədbirdə iştirakı ilə bağlı açıqlamasında bildirib.

 

Hüquq müdafiəçisi məlum qondarma tədbirlə bağlı Azərbaycanın Rusiyadakı səfirliyinin Rusiya Xarici  İşlər Nazirliyinə  etiraz notası göndərməsini müsbət dəyərləndirib və qeyd edib ki, rəsmi Rusiya buna lazımi cavabını verməlidir:

 

“2022-ci il fevral ayının 22-də Moskvada Rusiya ilə Azərbaycan arasında imzalanmış sazişin 18-ci maddəsinin tələblərinə görə bu dövlətlər separatizmə və terorizmə qarşı birgə mübarizə aparır. Bu cür tədbirin Rusiyanın ərazisində keçirilməsi  Rusiya ilə Azərbaycan arasında imzalanmış müttəfiqlik sazişinin tələblərinə və normalarına ziddir. Rusiya ilə Azərbaycan arasında dostluq, əməkdaşlıq və digər çoxsaylı müqavilələr imzalanıb ki, keçirilən bu qondarma tədbir həmin sənədlərin ruhuna ziddir. Eləcə də, tədbirin Rusiyada keçirilməsi və şəhər dumasının sədri İqor Valodinin tədbirə qatılması rəsmi Rusiya tərəfindən təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir”.

 

Məlum tədbirin avqustun 7-də keçirildiyini qeyd edən hüquq müdafiəçisi bildirib ki, əgər biz bu hadisəyə yeni reaksiya vermişiksə, Rusiya tərəfi də öz münasibətini bildirəcək. Onun sözlərinə görə, bu reaksiya sadəcə bizi sakitləşdirmək üçün olmamalıdır:

 

“Aydın məsələdir ki, belə bir dırnaqarası respublikanın mövcud olması mümkün deyil. Ərazilərimizin suverenliyini, müstəqilliyini tanıyan Rusiya ərazi bütövlüyümüzə təhdid edilən nəinki tədbirləri,  fikirləri belə yasaq etməlidir. Haqlı olaraq Azərbaycan Xarici İşlər Nazirliyi buna ciddi reaksiya verib və  Rusiyadakı səfirimiz Polad Bülbüloğlu bununla bağlı etiraz notasını təqdim edib. Rusiya Yekaterinburq şəhər dumasının sədri İqor Valodinin bu tədbirdə iştirakı ilə bağlı hansısa bir cəza tədbirləri görməlidir.  Amma bütün hallarda bu tədbirin kimlər tərəfindən təşikil olunması, kimlər tərəfndən buna icazə verilməsi və Rusiyanın ərazisində Azərbaycana qarşı separatçılıqla məşğul olan şəxslərin kimliyinin aydınlaşdırılması və müəyyən tədbirlərin  görülməsi normal münasibətləri olan dövlətlər arasında qaçılmazdır. Yəni Rusiyanın Azərbaycana  münasibəti normal və səmimidirsə, ölkəmizə qarşı bu təxribatın təşkilatçılarını, bu tədbirə icazə verənləri tapıb müəyyən etməli və cəzalandırmalıdır”.

 

AYSEL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şəhidlərimizə borcumuz əbədidir”

ABŞ-dan Qarabağ erməniləri üçün absurd QARANTİYA İSTƏYİ

Xalqın inamını fəth edən liderə TƏBRİK

Prezidentlərin Naxçıvan görüşündə diqqət çəkən MƏQAMLAR

İraq türkləri də çox böyük üzüntü içərisindədir

Riyaz Sarıkahyadan Nəsir Məmmədova TƏBRİK

"Fibromialgiyaya qadınlarda kişilərə nisbətən 2 dəfə çox rast gəlinir"

Ermənistana verilən LİMİT BİTDİ

Biz kimik, öz dəyərimizi bilirikmi?

Bərdədə yaşayış binasında PARTLAYIŞ

“Laçın” SBM gücləndirilmiş iş rejiminə keçdi

Liderlərin İspaniya görüşü nəyə şahidlik edəcək?

“Haber Global” Qənirə Paşayevanın dəfnindən süjet hazırladı

Xocavənddə erməni terrorçunun abidəsi də belə getdi

Antiterror tədbirləri zamanı şəhid olan zabit, gizir, çavuş və əsgərlərin SAYI