Fransanın Qafqaz siyasətində neokalonizm siyasəti...


“Azərbaycan prezidenti Azərbaycanın mövqelərini qətiyyətlə müdavfiə edərək bildirdi ki, Azərbaycan gedib çıxan yüklər Azərbaycana müraciət etməklə, onun suvürün hüquqlarına hörmət etməklə, icazəsi ilə mümkündür. Ona görə də düşünürəm ki, Fransanın antisülh mövqeyinə Azərbaycan Prezidenti yenə də sülh mövqeyindən cavab verdi və Fransanın növbəti cəhdi iflasa uğradı”.
Bunu Versus.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu Makronun Azərbaycan Prezidentinə zəngi, qaldırdığı məsələlərin yetərincə cavablandırılmasına baxmayaraq növbəti cəhdlərin hədəfləri barədə açıqlamasında bildirib.
H.Babaoğlu bildirib ki, Makron Fransası post-sovet məkanına yeni, potensial kaloniya gözü ilə baxır. Onun sözlərinə görə, biz Fransanın Qafqaz siyasətinə diqqət edəndə bunu Fransanın neokalonizm siyasəti kimi səciyələndiririk. Deputat bunu həm də strateji baxımdan siyasi yanlışlıqlarla dolu düşüncə hesab edib.
“Çünki Fransa heç bir vaxt Cənubi Qafqazda kaloniya sahibi olmayıb. Fransa nəinki Cənubi Qafqazda, hətta I dünya müharibəsindən sonra Osmanlı Türkiyəsinin ən zəif vaxtlarında Şərqi Anadoluya olan iddialarını gerçəkləşdirə bilmədi. İndiki şəraitdə, Nigerdə, Qabonda Fransa kalonizminə qarşı aparılan mübarizə, Fransanın faktiki olaraq qovulması bu siyasətin sonunun çatdığından xəbər verir”.
Deputat eyni zamanda qeyd edib ki, Makronun 44 günlük müharibə başladığı gündən bu günə qədər Azərbaycana qarşı davam edən hərəkətləri sülhə, beynəlxalq hüquqa, Azərbaycanın suveren hüquqlarına qarşıdır.Ona görə də yenə humanitar yardım adı altında siyasi spekulyasiya edərək, burda humanitar cəhdlər adı altında bir işçi qrupu yaradıb, sonra bunu ATƏT-in Mİnsk Qrupuna çevrmək cəhdləri şübhəsiz ki, baş tutmadı və uduzdu.
Tahirə Qafarlı
Versus.az
Xəbər lenti

Riyaz Sarıkahyadan Nəsir Məmmədova TƏBRİK
"Səfirin yeni fəaliyyətinin uğurlu olacağına inanıram"