“Hikmət Hacıyevin son bəyanatı hər kəsə verilən bir ultimatumdur...”-AÇIQLAMA


"Hikmət Hacıyevin tvitində " Azırbaycan öz ərazisində boz nəzarətsiz bölgənin olmasına dözmək niyyətində deyil. Qeyri-qanuni rejim buraxılmalı və tərksilah olunmalıdır" fikirləri konkret olaraq ultimatumdur və kifayət qədər yerində verilmiş bir ultimatumdur. Hikmət Hacıyevin son bəyanatını xəbərdarlıq kimi qiymətləndirmək olar.
Bunu Versus.az-a politoloq Rəşad Bayramov Prezidentin köməkçisi Hikmət Hacıyevin tvitində "Azərbaycan öz ərazisində boz nəzarətsiz bölgənin olmasına dözmək niyyətində deyil. Qeyri-qanuni rejim buraxılmalı və tərksilah olunmalıdır" fikirlərini şərh edərkən bildirib.
Polidoloq qeyd edib ki, bundan bir müddət əvvəl də Prezident İlham Əliyev Qarabağ ermənilərinin ya Azərbaycan qanunlarını qəbul edib reinteqrasiya prosesinə başlamalı, ya da ərazilərimizi tərk etməli olduqları haqqında bəyanatla çıxış eləmişdi.
“Həm cənab Prezidentin, həm də Hikmət Hacıyevin bəyanatları onu deməyə əsas verir ki, Azərbaycan öz addımlarında və bəyanatlarında qətidir. Bu növbəti dəfə separatçı rejimə, Ermənistana, bu rejimin arxasında dayanan ayrı-ayrı dövlətlərə verilən xəbərdarlıqdır”.
Politoloq eyni zamanda qeyd edib ki, bu gün ərazilərimizdə 10 mindən artıq qeyri-qanuni erməni hərbi birləşmələrinin qalmaqda davam etməsi, hərbi texnikanın Xankəndində və ətraf rayonlarda yerləşməsi və Qarabağda yaşayan erməni əsilli şəxslərin Azərbaycan qanunlarına tabe olması və reintiqrasiya prosesinə başlamasını gecikdirir. R.Bayramov eyni zamanda bu gün Qarabağda olan ermənilərin içərisində Azərbaycan qanunlarına tabe olmaq istəməyən kifayət qədər şəxslər var ki, bu bəyanatın həm də onlar üçün xəbərdarlıq hesab edib.
“Bəyanatlardan çıxan nəticə ondan ibarətdir ki, biz daha 30 il mənasız danışıqlara vaxt sərf etmək niyyətində deyilik. Ya erməni əsilli vətəndaşlar tezliklə masaya oturub Azərbaycan qanunlarına tabe olduqlarını bəyan etməlidirlər, ya da nəzarətsiz bölgənin
Azərbaycanın nəzarətinə keçməsi üçün müvafiq addımlar atılmalıdır. Bu bəyanat həm də, hərbi əməliyyatların başlanması ilə bağlı edilən xəbərdarlıqdır”.
Politoloq qeyd edib ki, son bir neçə gündür ki, Fransanın addımlarından, Rusiyanın bəyanatlandan həvəslənən separatçıların yeni ayaqlanmasının şahidi oluruq. O, bildirib ki, yolun kəsilməsi, mitinqin keçirilməsi, Azərbaycan əleyhinə bəyanatların səslənməsi və sair, deməyə əsas verir ki, artıq “dur” deməyin zamanı çatıb.
“Ayrı-ayrı dövlətlərin Azərbaycan əlehyinə bəyanatlarından ruhlanma nəticə etibarilə təxribatlara yol açır. Biz cəbhə bölgəsində, istər Naxçıvan, istər ayrı-ayrı istiqamətlərdə erməni təxribatlarının şahidi oluruq və bu gün bir hərbçimiz də yaralanıb. Biz bir az da gözləyib bu təxribatların daha da inkişaf etdirilməsi, böyük bir müharibəyə çevrilməmsi üçün konkret addımlar atmalıyıq. Bunun da başında antiteror əməliyyatlarının həyata keçirilməsi durur”.
Politoloq bildirib ki, dünyanın heç bir yerində öz ərazisində ayrı dövlətə məxsus qeyri- qanuni birləşmə olan ölkə buna seyrici münasibət bəsləmir. Azərbaycan da bu addımları atmaqdan geri çəkilməyəcək.
Tahirə Qafarlı
Versus.az
Xəbər lenti

Xalqın inamını fəth edən liderə TƏBRİK
"Sizi nail olduğunuz və xalqa yaşatdığınız qələbələrimizdən dolayı təbrik edirik"