“Biri var” yekunlaşdı


Üç gün ərzində pop ulduz Bakı Konqres Mərkəzində baş tutan konsertlərini “14/41” albomuna daxil olan “Biri var” mahnısı ilə açıb. Konsertin açılışında növbəti bir yenilik olub. Belə ki, ilk mahnıda Röya Ayxanla birgə səhnəyə daxil olan səkkiz fitness modelə konsertin sonunda da yer verilib və onlar “Doldur ürəyimi” mahnısında da şou göstəriblər.
Həmçinin, Röya “Kuka” robotu ilə səhnəciklər göstərərək, dinləyicilərinə 22 mahnı təqdim edib.
Gecədə üç paltar dəyişən ifaçı makiyajını Elnur Həsənova, saçlarını Aygün Məmmədovaya həvalə edib.
Həmçinin, R.Ayxan “Səninəm” mahnısını zaldakı qonaqları ilə birgə lentə alıb, həmin anları xatirə üçün telefonuna çəkib.
Qısa fasilədə Nəsib Nur səhnəyə çıxaraq, konserti ərsəyə gətirən təşkilatçılara, komandaya təşəkkürünü bildirib.
Bundan əlavə, sənətçinin konsertdə tərəf müqabilləri “Nero” rəqs qrupu, rəqqas İsmayıl Məmmədzadə, gimnast Elçin Məmmədov və model Əli Sərdar olub.
Musiqi rəhbəri Muxtar Abseynov, vokalistlər Boris Bayramov, Esmira Rzayeva, Leyla Sezerdir.
Konsertin baş prodüseri Kənan Bayram, quruluşçu rejissoru Ranar Musayevdir.
Ayəndə Dadaşova
/Fotolar: Niko Abbasov/
Xəbər lenti

FHN Xankəndidə apardığı əməliyyat barədə MƏLUMAT
Axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb